"Bakı 2015": Bağlanışı izləyənlər heyrətlənəcək VİDEO

26.06.2015 | 3316 dəfə oxunub

İlk dəfə keçirilən Avropa Oyunlarının bağlanışını bayram etməyə getdikcə yaxınlaşırıq.

Stadium.az xəbər verir ki, bazar günü gündüz saatlarında Azərbaycanın paytaxtında 17 gün davam edən intensiv yarışların sonunda Bakı 2015-in son qızıl medalları öz sahiblərini tapacaq.

Bakı 2015-in diqqət mərkəzi Bağlanış Mərasimi üçün yenidən Olimpiya Stadionuna qayıdacaq. Avropalı idmançılar Xəzər dənizinin yaxınlığında baş tutacaq Açılış Mərasimi ilə eyni dərəcədə unudulmaz tədbirin şahidi olacaqlar.

Avropa Oyunları başa çatacaq, lakin onun ruhu daim yaşayacaq. Olimpiya Stadionu Bakı 2015-in Alovunun bu tədbirin iştirakçısı olanların ürəyində sönməməsini təmin edəcək ikinci möhtəşəm mərasimi qəbul etməyə hazırlaşır.

Stadionun tikilməsinə 20,5 milyon saatdan çox əmək sərf olunub. Bazar günü stadion axşam saatlarında başa çatmaqda olan Oyunların emosiyalarına və səmanı bəzəyən 10 min pirotexniki qurğunun səslərinə bir daha qərq olacaq. 

Bakı 2015-in Bağlanış Mərasimi barədə əlavə faktlar:

Stadionun daxilində 250 metr uzunluğunda 7,5 ton ağırlığa tab gətirən xətlər çəkilib.

Üç səhnədə istifadə ediləcək 450 m2- lik LED döşəmə plitələri

Mərasimin təşkil edilməsi üçün 20 ölkədən 500-dən çox yük maşını ilə və hava yolu ilə gətirilmiş 100 ton həcmində yük

800 səsgücləndirici və səs sistemi üçün 25 km uzunluğunda naqil

2000-dən çox işıqlandırma qurğusu

Çəkiliş və işçi heyəti tərəfindən istifadə ediləcək 12 mindən çox qulaqcıq və 180 mindən çox akkumulyator

2011-ci ildən etibarən Olimpiya Stadionunun tikintisinə 20,5 milyon saat əmək sərf olunub

10 min ədəd pirotexniki qurğu

Mərasimin möhtəşəm atəşfəşanlıq səhnəsinin hazırlanması üçün sahədə 5 min saat əmək sərf olunub

Atəşfəşanlığın musiqi ilə sinxronlaşdırılması üçün 200 saatlıq proqramlaşdırma işi həyata keçirilib

Stadionun dam örtüyündə 120 ədəd pirotexniki işəsalma qurğusu yerləşdirilib.

Xezerxeber.com




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail