"Bakı 2015"dən bilet xəbərdarlığı - 7000 manat cərimə

26.06.2015 | 2997 dəfə oxunub

Bakı 2015 ictimaiyyəti ilk Avropa Oyunlarına biletləri yalnız rəsmi mənbələrdən əldə etməyə çağırır.

Stadium.az Avropa Oyunlarının rəsmi saytına istinadən xəbər verir ki, yarışın son günlərinə və ən çox bilet satışı proqnozlaşdırılmış Bağlanış Mərasiminin biletlərinə tələbat əhəmiyyətli dərəcədə artıb.

Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi (BAOƏK) ictimaiyyəti məlumatlandırır ki, hər hansı bileti onun nominal dəyərindən baha qiymətə satmaq Azərbaycan qanunvericiliyinə ziddir. 

Təşkilatçılar Bakı ərazisində bilet möhtəkirliyi ilə məşğul olmanın qarşısını almaq məqsədilə hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Bu fəaliyyətin tərkib hissəsi kimi, istənilən şəxsin Bakı 2015 Avropa Oyunlarının hər hansı bir yarışına bileti yüksək qiymətə satması faktından asılı olaraq həmin şəxs polis tərəfindən saxlanılaraq istintaqa cəlb ediləcək və 7000 manata qədər cəriməyə məruz qalacaq.

Bakı 2015 azarkeşlərin Avropa Oyunlarına biletləri Bakı 2015-in veb səhifəsindən və ya Bakı şəhərində yerləşən 12 rəsmi bilet satışı kassalarından əldə etməsini təmin etmək istəyir. 

Bilet satışı kassalarının ünvanlarından tutmuş məkanlara necə getmək haqqında məlumatlara qədər Avropa Oyunlarına dair hər hansı məlumatı +994 (0) 77 2015 000 nömrəsi ilə əlaqə saxlayaraq Tamaşaçı Məlumat Mərkəzindən və ya www.baku2015.com veb səhifəsindən əldə etmək mümkündür.

Oyunların bağlanış Mərasimi iyun ayının 28-də olacaq. Mərasim Olimpiya stadionunda baş tutacaq. Mərasim üçün biletlər bir necə gün öncədən satılaraq qurtarıb. Oyunların Bağlanış mərasiminə maraq dünyanın heyran olduğu açılışdan sonra daha da çoxalıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail