İki boksçumuzdan qızıl medal

27.06.2015 | 2408 dəfə oxunub

"Bakı-2015" I Avropa Oyunlarında boks yarışları davam edir. Stadium.az xəbər verir ki, bu gün həm yarımfinal, həm də final görüşləri keçirilib. Azərbaycanın 6-sı kişi, biri qadın olmaqla 7 boksçusu rinqə çıxıb Bunlardan ikisi qızıl medal uğrunda yarışıb.

Dünən boksçularımızdan Teymur Məmmədov finalda italiyalı Valentino Manfredoniaya qalib gələrək boks yığmamıza ilk qızıl medalı qazandırıb. 

26 iyun

Kişilər

52 kq

Bu çəki dərəcsində mübarizə aparan Elvin Məmişzadə bu gün boks yığmamıza ikinci qızıl medalı qazandırıb. O, həlledici görüşdə italiyalı Vinçenzo Pikkardini ilə qarşılaşıb. Elvin Məmişzadə rəqibini 3:0 (30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək qızıl medala sahib çıxıb. Bu, ölkəmizin "Bkı-2015"dəki 16-cı qızılı olub.


60 kq

Yığmamızın üzvü Albert Səlimov finala yüksəlmək uğrunda mübarizə aparıb. Onun rəqibi Sin Makkombu (İrlandiya) olub. Səlimov rəqibinə 3:0 (29:28; 30:27; 29:28) hesabı ilə qalib gələrək finala adlayıb. O, həlledici görüşdə fransalı Sofian Oumina döyüşəcək. Səlimovun rinqə sabah, saat 18:15-də çıxacağı gözlənilir.


64 kq

Qızıl medal uğrunda yarışan digər boksçumuz Lorenzo Sotomayor olb. O, həlledici görüşdə London Olimpiyadasının bürünc mükafatçısı Vinçenzo Manqiakapre (İtaliya) ilə qarşılaşıb. 3:0 hesabı ilə qalib gələn boksçumuz Azərbaycana 17-ci qızıl medalı qazandırıb.

69 kq

Millimizin qızıl medal ümidi olan Pərviz Bağırov yarımfinal döyüşünə çıxıb. O, finala gedən yolda böyük britaniyalı Joş Kelli ilə qarşılaşıb. Bu görüşdə rəqibini 3:0 (29:28; 30:27; 30:27) hesabı ilə məğlub edən boksçumuz finala yüksəlib. O, həlledici görüşdə Rusiya idmançısı Aleksandr Besputinlə üz-üzə gələcək. Döyüşün sabah, saat 18:45-də başlayacağı gözlənilir.


75 kq

Yığmamızın digər üzvü Xaybula Musalov da yarımfinal görüşündə qüvvəsini sınayıb. O, bu mərhələdə macarıstanlı Zoltan Harksa ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə 2:1 (29:28, 29:28, 27:30) hesabı ilə qələbə qazanan Musalov finalda döyüşmək hüququ əldə edib. O, qızıl medal uğrunda görüşdə irlandiyalı Maykl O'Reilli ilə döyüşəcək. Görüşün sabah, saat 19:15-də başlayacağı gözlənilir. 



91 kq

Bu çəki dərəcəsində ölkəmizi Abdulqadir Abdullayev təmsil edir. O, finala vəsiqə uğrunda rusiyalı Sadam Maqomedovlə döyüşüb. Hər üç raundda rəqibindən üstün olan 3:0 (29:28, 29:28, 29:28) Abdullayev finala yüksəlib. O, qızıl medal uğrunda yarışda ukraynalı Qevorq Manukyanla döyüşəcək. Erməni əsilli boksçu ilə döyüşün saat sabah, saat 19:45-də başlayacağı gözlənilir.

Qadınlar

60 kq

Qadınların yarışında mübarizəsini davam etdirən Yana Alekseyevna yarımfinal döyüşünə çıxıb. O, finala vəsiqə uğrunda London Olimpiadasının qalibi Keti Teylorla (İrlandiya) qarşılaşıb. Gərgin keçən döyüş rəqibin qələbəsi ilə başa çatıb - 1:2 (38:38!, 38:38!, 38!:38). Alekseyevna "Bakı-2015"i bürünc medalla başa vurub. Bu, boks yığmamızın qazandığı 5-ci medal olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail