Güləşçilərimizin dünya ryetinqi

09.07.2015 | 4523 dəfə oxunub

Dünya Güləş Birliyi 2015-ci ilin iyun ayında keçirilən yarışların nəticəsinə əsasən qadın güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. Stadium.az xəbər verir ki, qadın güləşçilərin reytinq sıralamasında 8 güləşçimizin adı var. 

Ötən ay Bakıda keçirilmiş ilk Avropa Oyunlarında parlaq qələbələr qazanmaqla qızıl medala sahib olan Mariya Stadnik reytinqdəki mövqeyini yenidən möhkəmlədib. Güləşçimiz siyahıda 2-ci yerdədir. Avropa Oyunlarının bürünc medalçısı Nataliya Sinişin 55 kq çəki dərəcəsində üçüncü pilləyə yüksəlib.
 
Bundan əvvəlki ayın reytinq siyahısında adı olmayan Anjela Doroqan Avropa Oyunlarında qazandığı qızıl medalın hesabına birbaşa olaraq reytinqin 9-cu pilləsində yer alıb. U-23 Avropa çempionatının qalibi Alyona Kolesnik isə, bir pillə irəliləyərək 4-cü yerə yüksəlib. 

Güləşçilərimizdən yalnız Yuliya Ratkeviçin mövqeyində geriləmə qeyd edilib və o, 9-cu pillədə qərarlaşıb.


48 kq

2. Mariya Stadnik - Avropa Oyunları 1-ci yer (2)


53 kq 

9. Anjela Doroqan - Avropa Oyunları 1-ci yer (nr)


55 kq 

3. Nataliya Sinişin - Avropa Oyunları 3-cü yer (13@60)
4. Alyona Kolesnik - U-23 AÇ 1-ci yer (5)


58 kq 

11. İrina Netreba - Avropa Oyunları 5-ci yer (nr)


60 kq

9. Yuliya Ratkeviç - DÇ 2-ci yer (5)


69 kq


18. Nadya Muşka - Dan Kolov turniri 2-ci yer (15)


75 kq 


20. Səbirə Əliyeva - Gənclərin Avropa çempionatı 1-ci yer (nr)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail