CAS-dan Ansi Aqolliyə böyük sürpriz FOTOLAR

11.07.2015 | 5285 dəfə oxunub

EURO-2016-nın I qrupunda baş tutan və yarımçıq dayandırılan Serbiya – Albaniya oyunuyla bağlı yekun qərar verilib. Stadium.Az xəbər verir ki, ötən il oktyabrın 14-də bu komandalar arasında Belqradda baş tutan oyunda qalmaqal yaşanmışdı. Belə ki, oyunun 44-cü dəqiqəsində üzərində 1912-ci ildə Albaniya Müstəqil Respublikasının istiqilaliyətini elan edən İsmail Kamalın şəkli olan böyük bayraq, kənardan idarə edilən kiçik oyuncaq helekopterlə stadionun mərkəzinə endirilmişdi. Bəzi azarkeşlərin bundan sonra meydana daxil olması üzündən baş hakim Martin Atkinson oyunu yarımçıq dayandırmışdı.

Daha sonra isə UEFA İntizam Komitəsi Serbiya millisinə 3:0 hesablı texniki qələbə vermişdi. Bundan qəzəblənən Albaniya Futbol Federasiyası isə UEFA-nın qərarından CAS-a (Beynəlxalq Arbitraj Məhkəməsi) şikayət etmişdi. Bütün detalları araşdıran CAS UEFA-nın qərarın ləğv edərək, Albaniya millisinə 3:0 hesablı texniki qələbə verib.

Bu qalmaqallı oyunda “Qarabağ”ın müdafiəçisi Ansi Aqoli də Serbiyaya qarşı meydanda idi.

Bu qərardan sonra Albaniya millisinin turnir cədvəlindəki mövqeyi tamam dəyişib. Aqolinin komandası hazırda 4 oyundan topladığı 10 xalla qrupda ikinci sırada yer alıb. İlk sırada yer alan Portuqaliya millisinin isə 12 xalı olmaqla yanaşı, həm də bir oyun çox keçirdib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail