Cerardın yeni klubu Çeçpionlar Liqasına qələbəylə başladı

13.07.2015 | 3113 dəfə oxunub

Amerikada təşkil edilən Beynəlxalq Çempionlar Liqası turnirinin ilk oyunu baş tutub. Stadium.az xəbər verir ki, açılış oyununda ABŞ-ın “Los Angeles Galaxy” klubu Meksikanın “ Club America ” klubuyla üz-üzə gəlib. “Liverpul”dan ayrılan Steven Cerardın formasını geydiyi “Los Angeles Galaxy” bu oyundan 2:1 hesabıyla qələbəylə ayrılıb. Cerard bu oyunda ilk dəfə olaraq yeni komandasıyla meydana çıxıb.

ABŞ-da təşkil edilən turnirdə bu iki komandadan başqa, İspaniyadan “Barselona”, İngiltərədən “Çelsi” və “Mançester Yunayted”, İtaliyadan “Fiorentina”, Fransadan PSJ, Portuqaliyadan “Porto” və ABŞ-dan isə “San Jose Earthquakes”lə “New York Red Bulls” klubbları çıxış edir.

3 fərqli ölkədə keçirilən bu turnirin Çində təşkil edilən digər qrupunda “Milan”, “İnter” və “Real” yer alacaq. Avstriya mərhələsində isə “Real”, “Mançester Siti” və “Roma” yer alacaq.

İlk dəfə 2013-cü ildə təşkil edilən bu turnirin qalibi “Real” olmuşdu. Ötən il isə sevinən tərəf “Mançester Yunayted” idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail