"Neftçi"li azarkeşlər Flavinyonu izdihamla yola saldılar FOTOLENT

18.07.2015 | 5573 dəfə oxunub

"Neftçi"nin braziliyalı ulduzu Flavinyo gecə saatlarında vətəninə yola düşüb. Stadium.az xəbər verir ki, futbolçunu hava limanından çoxlu sayda azarkeş yola salıb. "Neftçi"nin fanları Flavinyonun ünvanına xoş şüarlar səsləndirərək, məşəllər yandırıblar. Flavinyo azarkeşlərin hər biri ilə görüşüb onlara təşəkkürünü bildirib.

5 ildir Azərbaycanda top qovan və oyunu ilə azarkeşlərin rəğbətini qazanan Flavinyonu yola salmaq üçün "Neftçi" klubundan heç bir nümayəndə gəlməyib. Yəqin yuxularını ərşə qatmaq istəməyiblər. Hörmətli "Neftçi" rəsmiləri! Sizə yuxunuz şirin olsun, Flavinyoya isə yolun uğurlu olsun deyirik.

2010-cu ildə Braziliyanın "Qremio" klubundan "Neftçi"yə transfer olunmuş Flavinyo komandanın heyətində 174 oyun keçirib. Bu qarşılaşmalarda 38 dəfə rəqib qapısına yol tapmış futbolçu "Neftçi"nin heyətində 3 dəfə Azərbaycan çempionatının, 2 dəfə ölkə kubokunun qalibi olub.

“Ağ-qaralar”ın heyətində avrokuboklarda 22 oyun keçirmiş Flavinyo Avropa Liqası turnirinin qrup mərhələsində də çıxış edib.

Braziliyalı furbolçunun yola salınma mərasimindən çəkilən eksklüziv fotoları təqdim edirik. (Olimpiya.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail