"Qarabağ" üçün 128 yaşlı "qoca"

23.07.2015 | 8252 dəfə oxunub

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Seltik" klubunun əsası 1887-ci il, noyabrın 6-da qoyulub.

Komanda Şotlandiyanın Qlazqo şəhərini təmsil edir.

Uilfrid qardaşları tərəfindən yaradılan "Seltik" ilk rəsmi matçını 1888-ci il, mayın 28-də keçirib. Həmin vaxt komanda əzəli rəqibi "Qlazqo Reyncers"lə üz-üzə gəlib. Görüş "Seltik"in 5:2 hesablı qələbəsi ilə başa çatıb. 

Bu komandalar arasında əzəli rəqabətin bir sıra səbəbləri var. Həm azarkeşlərin məzhəblərə bölünməsi, həm də siyasi səbəblər bu iki komandanın azarkeşlərini bir-birinə düşmən kəsib. "Seltik"in azarkeşləri katolik, "Qlazqo Reyncers"in fanatları isə protestant məzhəbinə mənsubdurlar. Həmçinin "Qlazqo Reyncers" azarkeşləri Şotlandiyanın idarəçiliyinin Birləşmiş Krallığa tabe olmasının, "Seltik"li fanatlar isə ölkənin tamamilə müstəqil idarə olunmasının tərəfdarıdır.

"Seltik" və "Qlazqo Reyncers" arasında keçirilən derbi dünyanın ən qədim derbilərindən hesab olunur. Lakin 2012-ci ildə maliyyə problemi ilə üzləşən "Qlazqo Reyncers" hazırda aşağı divizionda mübarizə aparır.

"Qarabağ"ın rəqibi Şotlandiyada ilk titulunu 1891/1892 mövsümündə qazanıb. Həmin vaxt ölkə kubokuna sahib çıxan "Seltik" bir il sonra Şotlandiya çempionu adını qazanıb. Ümumilikdə "Seltik" 46 dəfə Şotlandiya çempionu olub, 36 dəfə isə ölkə kubokuna yiyələnib.

15 dəfə Şotlandiya liqa kubokunu qazanan 127 yaşlı klubu norveçli Ronni Deyla çalışdırır. Komanda ev oyunlarını 60,411 tamaşaçı tutumuna malik "Seltik Park" stadionunda keçirir. Öz meydanında "ağ-yaşıl" rəngli formalardan istifadə edən "Seltik" səfər oyunlarına tünd yaşıl rəngli formalarla çıxır.

"Qarabağ"ın rəqibi Avropada ilk uğurunu 1966/1967 mövsümündə qazanıb. Həmin vaxt komanda UEFA Çempionlar Kubokunun (hazırkı Çempionlar Liqası) qalibi olub. "Seltik" 2002/2003 mövsümündə UEFA kubokunun (indiki Avropa Liqası) finalına yüksəlib. Həlledici görüşdə "Portu"ya uduzan (2:3) Qlazqo təmsilçisi turniri gümüş medalla başa vurub. 



Ötən mövsüm Avropa Liqasının 1/16 final mərhələsinə yüksələn "Seltik" bu mərhələdə "Qarabağ"la eyni qrupda mübarizə aparmış İtaliya "İnter"i ilə qarşılaşıb. Öz meydanında 3:3 bərabərə qalan, səfərdə isə rəqibinə 0:1 hesabı ilə uduzan "Seltik" turnirlə vidalaşıb. 

Ronni Deylanın komandası əsasən legionerlərdə təşkil olunub. "Seltik"də Nigeriya, Hollandiya, Türkiyə, İsrail, İrlandiya, Serbiya, Avstraliya, Belçika, İsveçrə, Norveç, İtaliya, İsveç və İngiltərədən olan futbolçular çıxış edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail