İŞİD ikiqat dünya çempionunu edam etdi VİDEO

24.07.2015 | 3717 dəfə oxunub

Tayboksinq üzrə iki qat dünya çempionu Valdet Qaşinin İŞİD tərəfindən edam edildiyi bildirilir.

Stadium.az xəbər verir ki, Kosovoda anadan olmuş alban əsilli Valdet Ənvər Qaşi ailəsini Almaniyada buraxıb İŞİD terrorçularına qoşulmuşdu. Onun silahlı qruplaşmanı tərk etmək istədiyinə görə öldürüldüyü ehtimal edilir. 

Bir neçə həftə əvvəl ailəsi İsveç televiziyasına Qaşinin iyulun 4-də Suriyada öldüyünü söyləmişdi. Lakin dünya çempionunun ölüm səbəbi dəqiq olaraq müəyyən edilməmişdi. 

Valdet Ənvər Qaşi - tayboksinq üzrə iki qat dünya çempionudur.

Suriya İnsan Haqlarını İzləmə Təşkilatı etibarlı qaynaqlara istinad edərək, Qaşinin bir başqa qrupla birlikdə Hələbdən qaçarkən həbs olunduğunu və Münbiç şəhərində İŞİD tərəfindən öldürüldüyünü bildirir. Lakin mərkəzi Londonda yerləşən təşkilat bir başqa qaynaqdan Qaşinin həyatda olduğu barədə xəbər aldığını bildirir. Xəbərə görə, o, təşkilatdan qaçmağa çalışır. 

1986-cı ildə Priştinada anadan olmuş 29 yaşlı Valdet Qaşi bu ilin yanvar ayında İŞİD-ə qoşulub. İki qızından və həyat yoldaşından ayrılan idmançı daha əvvəl verdiyi bir müsahibədə "Xeyir yolunda ölərsəm, əlbəttə xoşbəxt olaram", - deyə bildirmişdi. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail