“Yanq Boyz” təqdirəlayiq addım

18.08.2015 | 4293 dəfə oxunub

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la üz-üzə gələcək "Yanq Boyz" klubu öz rəsmi saytında ilk oyun ərəfəsində Ağdam klubu haqda yazı dərc edib. Stadium.az xəbər verir ki, yazıda “Qarabağ”ın uğurlu çıxışına diqqət çəkilib, komandanın son iki mövsüm Azərbaycan çempionu olduğu, Avroliqanın qrup mərhələsində iştirak etdiyi bildirilib.

Xatırladılıb ki, ötən mövsüm komanda “İnter” və “Dnepr”dən sonra Avroliqada qrupu üçüncü yerdə tamamlayıb. Amma eyni zamanda Ağdam təmsilçisinin bəxtsizlik ucbatından növbəti mərhələyə keçə bilmədiyi qeyd olunub.

Yazıda eyni zamanda komandanın bu mövsüm Çempionlar Liqasındakı çıxışına toxunulub, “Seltik”lə məğlubiyyətdən sonra “Qarabağ”ın Avroliqanın pley-offuna düşdüyü bildirilib.

Yazıda diqqət çəkən əsas məqam Ağdamla bağlı olub. Qeyd olunub ki, komanda 1993-cü ildə ev oyunlarını Bakıda keçirir. Buna səbəb kimi, həmin il Ağdamın Ermənistan ordusu tərəfindən işğal edilməsi göstərilib. “Hazırda Ağdam burada yerləşdirilən bir neçə insanın yaşadığı ruhlar şəhəridir” – deyə yazıda vurğulanıb.

“Yanq Boyz”un rəsmi səhifəsi Ağdamın ermənilər tərəfindən darmadağın edilmiş hazırkı durumunu təsdiq edən şəkil də paylaşıb. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail