Dodo: "İki qol vurduğum üçün xoşbəxtəm"

28.08.2015 | 2886 dəfə oxunub

"İnana bilmirəm. Bu "Qəbələ" və Azərbaycan futbolu üçün önəmli bir gün idi". Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Dodo Avropa Liqasının pley-off mərhələsində "Panatinaikos"la 2:2 bərabərə qaldıqları oyundan sonra deyib.

Braziliyalı futbolçu komandasının qrup mərhələsinə vəsiqə qazanmağa layiq olduğunu bildirib: "Biz tarix yazdıq. "Panatinaikos"la matç bizim üçün önəmli idi. Rəqib cütün favoriti olsa da, biz onlardan qorxmadıq. Bunun üçün əsas da yox idi. Qrup mərhələsinə vəsiqə qazanmaq üçün yaxşı imkan yaranmışdı. Biz də bunun öhdəsindən gəldik. "Qəbələ" buna layiq idi. "Panatinaikos" yaxşı komandadır, ancaq futbolda məğlubiyyət qaçılmazdır. Artıq qrup mərhələsindəki hədəflərimiz daha böyük olacaq".

Vurduğu iki qola da münasibət bildirən Dodo deyib: "İki qol vurduğum üçün xoşbəxtəm. Bu, komandanın qələbəsidir. Bütün komanda yaxşı çıxış etdi. Üzərimizdə böyük təzyiq var idi. Ancaq "Panatinaikos"a lazımi vaxtda qollar vurduq. Bu, çox gözəl gecə idi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail