Azərbaycan UEFA reytinqində yerini qorudu

28.08.2015 | 3644 dəfə oxunub

UEFA yeni reytinq siyahısını açıqlayıb. Stadium.az xəbər verir ki, Avropa Liqasında mübarizəni davam etdirən "Qarabağ" və "Qəbələ" klubları ötən gün ölkəmizə növbəti xalları qazandırıblar.

Öz meydanında "Yanq Boyz"a 3:0 hesabı ilə qalib gələn "Qarabağ" 0,250, Yunanıstanda “Panatinaikos”la heç-heçə edən "Qəbələ" isə ölkəmizin hesabına 0,125 xal qazandırıb.

Beləliklə, Azərbaycan cari mövsüm qazandığı xalların sayını 3,125-yə yüksəldib. Bunların 1,125-i "Qəbələ"nin, 1-i "Qarabağ"ın, 0,750 "İnter"in və 0,250 xal isə "Neftçi"nin payına düşür. Hazırda hesabında 13,625 reytinq xalı olan Azərbaycan 26-cı pillədəki mövqeyini qoruyub.

Ölkəmizin növbəti hədəfi Norveçdir. Azərbaycan 25-ci pillədə qərarlaşan Norveçdən 2,625 xal geri qalır. Ölkəmiz ən yaxın izləyicisi Qazaxıstanı 0,500 xal qabaqlayır.

Siyahıya yenə İspaniya başçılıq edir. Almaniya ikinci, İngiltərə isə üçüncü pillədə qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail