Güləşçimiz qızıl medalı qazandı FOTO

29.08.2015 | 2738 dəfə oxunub

Stadium.az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi xəbərə görə, avqustun 27-28-də yeniyetmə qızlar mübarizəyə qoşulub. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında Zelfira Ələkbərli (38 kq), Ülkər Babayeva (43 kq), Səbinə Həmzəlzadə (49 kq), Leyla Qurbanova (52 kq) və Şəbnəm Əhmədova (56 kq) ölkəmizi təmsil edir.


Çempionatın üçüncü günündə mübarizə aparan qızlarımız 2 bürünc (Zelfira Ələkbərli (38 kq) və Şəbnəm Əhmədova (56 kq)) medal qazanıb. Yarışların dördüncü günündə 40, 46, 52, 60 və 70 kq çəkidə yeniyetmə qızlar yarışıb. Azərbaycan yığması yalnız 52 kq çəki dərəcəsində təmsil olunub. Güləşçimiz Leyla Qurbanova qızıl medal qazanıb.

52 kq-da mübarizə aparan güləşçimiz Leyla Qurbanova bütün rəqiblərini üstələyək finala yüksəlib. Finala qədər təmsilçimiz ABŞ, Yaponiya, Polşa və Hindistan idmançılarını mübarizədən kənarlaşdırıb. Finalda Leyla Rusiyadan olan rəqibinə də təmiz qələbə ilə qalib gələrək Dünya çempionatının qızıl medalına yiyələnib.

Məlumat üçün bildirək ki, bir neçə gün öncə gənclərin Dünya çempionatında 51 kq çəki dərəcəsində yarışlarda iştirak edən Leyla Qurbanova bütün rəqiblərindən üstün olub və gənclər arasında Dünya çempionu adını qazanıb.

Xatırladaq ki, Dünya çempionatının ilk iki günündə mübarizə aparan yeniyetmə yunan-Roma güləşçiləri yarışı 3 bürünc (Fail İsgəndərov (42 kq), Xancavad Məcidzadə (50 kq), Ülvi Qənizadə (69 kq) medalla başa vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail