Güləşçilərimizdən daha üç medal

30.08.2015 | 2912 dəfə oxunub

Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərindəki dünya çempionatında yeniyetmə sərbəst güləşçilər mübarizəyə başlayıb.

Stadium.Az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə,  ölkəmizi Şahin Muxtarov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), İslam Bazarqanov (50 kq), Fərrux Əliyev (54 kq), Fazil Həsənov (58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq), Əhliman Quliyev (76 kq), Rahid Həmidli (85 kq) və Alimaqomed Alixmayev (100 kq) təmsil edir.

Çempionatın beşinci günündə 42, 50, 58, 69 və 85 kq çəkidə sərbəst güləşçilər yarışıb. Pəhləvanlarımız günü 1 gümüş və 2 bürünc medalla tamamlayıb. 
  
42 kq-da mübarizə aparan Şahin Muxtarov ABŞ və Gürcüstandan olan rəqiblərini üstələsə də, yarımfinalda Rusiya təmsilçisinə uduzub. Bürünc medal uğrunda həlledici görüşə çıxan güləşçimiz bolqarıstanlı rəqibinə tam üstünlüklə qalib gəlib və mükafatçılar sırasına düşüb.

58 kq çəkidə mübarizə aparan Fazil Həsənov ilk görüşdə İsrail təmsilçisinə qalib gəlib, ardınca ABŞ-dan olan rəqibinə uduzub. Rəqibin finala yüksəlməsi ona təsəlliverici görüşlərə qatılmaq şansı verib. Qırğızıstan və Ukrayna güləşçiləri üzərində qələbə qazanan Həsənov bürünc medal uğrunda görüşə çıxıb. Son görüşdə Rusiya təmsilçisini də üstələyən bu güləşçimiz də mükafatçı olub.

69 kq-da təmsilçimiz İsmayıl Abdullayev İtaliya, Gücüstan və İran idmançıları üzərində inamlı qələbələr qazanaraq finala yüksəlib. Finalda Rusiya təmsilçisinə uduzan güləşçimiz gümüş medalla kifayətlənib.

85 kq çəkidə mübarizə aparan Rahid Həmidli Qırğızıstan, Yunanıstan və Qazaxstan təsmilçilərini mübarizədən kənarlaşdırsa da, yarımfinalda Özbəkistandan olan rəqibinə minimal fərqlə uduzub. Bürünc medal uğrunda görüşdə ABŞ təmsilçisi ilə qarşılaşan güləşçimiz məğlub olub və Dünya çempionatını 5-ci sırada tamamlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail