"Belə səhvlər bir dəfə də bizim lehimizə olsun"- F.Terim

04.09.2015 | 2859 dəfə oxunub

Türkiyə millisi AÇ-2016 seçmə mərhələsində Latviya ilə azarkeşləri önündə oynadığı matçda 1:1 hesablı heç-heçə edib.

Stadium.az xəbər verir ki, komandanın baş məşqçisi Fatih Terim oyun haqda fikirlərini açıqlayıb:

"Belə oyunlarda 2 fərqlə hesabda irəli olmasanız, çətin qələbə qazanarsınız. Oyundan sonra da futbolçularıma dedim ki "yaxşı oynadıq, epizodları dəyərləndirə bilmədik və heç-heçə etdik. Amma bu, bəhanə deyil, bu nəticə bizə yaraşmadı. Çexiya ilə oyunda Arda Turanın cərimə meydançasının daxilində yıxılmasına isveçli hakimdən başqa hər kəs penalti olduğunu dedi. Bu oyunda isə Burak Yılmazın vurduğu təmiz qola ofsayt qərarı verən yenə isveçli hakim. Təəssüf ki, iki isveçli hakim bizim qanımızı qaraldıb. Belə hakim səhvləri bir dəfə də bizim leyhimizə olsun",

Terim iki gün sonra qarşılaşacaqları Hollandiya matçı haqda da danışıb:

"Əgər Latviyanı məğlub edib turnir cədvəlində Hollandiya arxada qoysaydıq, futbolçuları psixoloji cəhətdən hazırlamaq asan olardı. Hollandiyanı məğlub etmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. Bir neçə oyundur ki, şanssızlığa görə xallar itiririk".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail