"Biz irəlidə daha yaxşı oynaya bilərik"

23.09.2011 | 6219 dəfə oxunub

"İnter"in gənc futbolçusu Şəhriyar Rəhimov AZAL-la keçirilən görüş barədə danışıb. Stadium.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən futbolçu Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində "Kəpəz"lə keçiriləcək oyun barədə də fikirlərini bölüşüb.

- 6-cı turda "İnter" AZAL-la qarşılaşdı. Bu görüş barədə sənin fikirlərini öyrənmək istərdik.
- Bu görüş bizim üçün çox çətin alındı. AZAL-la oyun bizim üçün çox vacib qarşılaşma idi. Birinci hissədə biz çox gözəl oyun sərgilədik və bir neçə qol epizodu yarada bildik, lakin çox təəssüf ki, bu epizodlardan istifadə edə bilmədik. İkinci hissəyə komandamız çox uğursuz başladı, bunun nəticəsində rəqib qol vurdu. Amma sonra təşəbbüsü ələ almağı bacardıq və hesabı bərabərləşdirməyə nail olduq.

- Növbəti turda komandanı "Kəpəz"lə oyun gözləyir. Bu görüş barədə nə deyə bilərsən?
- Bu görüşə ancaq qələbə əzmiylə çıxacağıq. Qeyd etmək istərdim ki, bu turda əsas rəqiblərimiz və çempionluğa əsas namizədlər öz aralarında qarşılaşırlar. Biz də "Kəpəz"i məğlub edərək həm xal ehtiyyatımızı artırmaq, həm mövqemizi yaxşılaşdırmaq, həm də liderlərə yaxınlaşmaq istəyirik.

- Komanda bu qarşılaşmaya necə hazırlaşır?
- Hər zaman olduğu kimi, yaxşı hazırlaşırıq. Məşq edirik və məşqçinin tapşırıqlarını yerinə yetiririk. İnşallah oyuna hazır çıxacağıq.

- Uğursuz startdan sonra komanda tədricən özünə gəlməkdədir. Sənin fikirincə, növbəti oyunlarda "İnter" bundan da yaxşı oyun sərgiləyə biləcəkmi?
-Əlbəttə. Biz irəlidə daha yaxşı oynaya bilərik, ona görə ki, futbolçular bir yerdə nə qədər çox oyun keçirərlərsə, o qədər də onlar arasında olan anlayış artır. Gələcəkdə biz daha məzmunlu və daha gözəl futbol sərgiləyə bilərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail