"Azərbaycan yığmasının zəif rəqib olduğunu düşünənlər yanılırlar"

06.09.2015 | 2984 dəfə oxunub

Malta yığmasının baş məşqçisi Pyetro Qedin AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. 

Stadium.az-ın “azerisport.az”a istinadən verdiyi xəbərə görə,  o, yerli mətbuata açıqlamasında bunları söyləyib:

"Uşaqların İtaliyaya qarşı keçirdiyi oyundan razıyam. Amma Azərbaycanla oyunda daha məhsuldar oyun sərgiləməliyik. Azərbaycan yığmasının adi rəqib olduğunu düşünənlər yanılırlar".

O, daha sonra millimizlə bağlı bunları dilə gətirib: "Azərbaycan yığması bir neçə gün öncə Xorvatiyadan xal alıb. Bu, bizə asan olmayacağını başa düşmək üçün yetərlidir".

Qedin Bakıdakı oyunu da xatırlayıb: "Bakıda bizim qol vəziyyətlərimiz var idi. Amma səhvlərə yol verdik, həmin şanslardan yararlana bilmədik. Həmin səhvlər olmasaydı, qol buraxmaya da bilərdik. Amma indi keçmiş haqda düşünmək istəmirəm. İndi qarşıdakı oyunda uğur qazanmaq haqda düşünmək daha vacibdir. Oyunçularımız doğma vətəni təmsil etdiklərini anlamalıdırlar".

İtaliya ilə səfər oyunundan sonrakı yorğunluğa da toxunan baş məşqçi bunları qeyd edib: "Avropada bu, artıq heç bir əhəmiyyət daşımır. Azərbaycan da meydana Xorvatiya ilə ağır səfər oyunundan sonra çıxacaq. Futbolçularımız hazırdırlar. Amma həmişə olduğu kimi, hər şeyə 90 dəqiqə ərzində aydınlıq gələcək. Komandama güvənirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail