PSJ Ronaldo üçün 150 milyon avro təklif etdi

07.09.2015 | 2496 dəfə oxunub

“Transfer pəncərəsi” bağlansa da, bu mövzuda söz-söhbətlər hələ də səngimək bilmir. Təbii ki, təxminən 3 aylıq dövr ərzində reallaşan və reallaşmayan keçidlər oldu. Hətta mətbuata sızmayan görüşlər də baş tutub yəqin ki.

 

Stadium.az xəbər verir ki, mövsümlərarası dövrdə “bazar”ın ən aktiv alıcılarından olan PSJ “Real”ın ulduzu Kriştiano Ronaldoya da qarmaq atıbmış. Parislilər 30 yaşlı futbolçu üçün 150 milyon avro ödəməyə hazır olublar. Şeyxlər bununla bağlı hətta “Real”a rəsmi təklif də göndəriblər. Ancaq “Kral klubu”nun rəhbərliyi bu təklifi qəbul etməyib.

İspaniya mətbuatına inansaq, Ronaldonun gələn yay Madridi tərk edəcəyi gözlənilir. Bu, “Real”ın mövsümü necə bitirəcəyindən də asılı ola bilər.

Portuqaliyalı futbolçunun “Real”la müqaviləsi 2018-ci ilə qədər nəzərdə tutulub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail