Bu restoran millimizin hansı sabiq futbolçusundu?

09.09.2015 | 3394 dəfə oxunub

Millimizin sabiq futbolçusu, Türkiyənin "Dənizlispor" klubunda forma geyinmiş Arif İsayev hazırda restoran biznesi ilə məşğuldu. Stadium.az qaynar.info-ya istinadən xəbər verir ki, İsayev hazırda "AViNi" adlanan restoranı işlədir.

Özü də artıq bu ismi restoranlar şəbəkəsi kimi də qeyd etmək olar. Çünki onun Bakıda Əhmədli və Bakıxanov qəsəbəsində belə obyektləri var. Daha bir restoranın isə başqa bir məkanda açılması nəzərdə tutulub. 4 ilə yaxındı ki, Əhmədlidəki restoran fəaliyyət göstərir.

"AViNi" adının mənası isə Arif, Vidadi və Nizami sözlərindən götürülüb. Belə ki, Vidadi və Nizami Arifin böyük qardaşlarıdı.

Qeyd edək ki, 30 yaşlı Arif İsayev karyerası ərzində Sumqayıtın "Xəzər", "Gənclərbirliyi", "Standard", Bakının "Göyçə", AZAL, Zaqatalanın "Simurq", Salyanın "Muğan" və Qəbələnin eyniadlı komandasında çıxış edib. O, sonuncu dəfə Türkiyənin "Dənizlispor" klubunda çıxış etdikdən sonra zədəsinə görə bir daha heç bir klubda oynamayıb.

Sonda Arif İsayevin Əhmədli qəsəbəsindəki "Köhnə Günəşli" adlanan yerdə, Neapol dairəsinə yaxın ərazidə yerləşən yenicə təmirdən çıxmış restoranından özəl görüntüləri təqdim edirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail