Dörd boksçumuz 1/4 finalda

09.09.2015 | 2686 dəfə oxunub

Rusiyanın Sankt Peterburq şəhərində boks üzrə yeniyetmələr arasında dünya birinciliyi davam edir. 

Stadium.az xəbər verir ki, milli komandamızın 4 üzvü 1/4 final mərhələsinə vəsiqə qazanıb.
 
54 kq çəki dərəcəsində çıxış edən Orxan Həsənov danimarkalı Hassan Jallavı məğlub edib – 2:1. Həmyerlimizin növbəti rəqibi almaniyalı Nik Bier olacaq.

Sayad Lalayev də (63 kq) komanda yoldaşının uğurunu təkrar edib. Seçmə komandamızın üzvü İsrail nümayəndəsi Muhammed Əbu Riaşdan üstün olub – 3:0. Boksçumuz növbəti mərhələdə Qazaxıstan təmsilçisi Aibol Jambirbayla üz-üzə gələcək.

81 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev də ¼ finala yüksəlib. Abdullayev bu dəfə rumıniyalı İonut Bohotiçi üzərində qələbə qazanıb – 3:0. Həmyerlimiz növbəti mərhələdə amerikalı Riçard Torreslə görüşəcək.

Bəxtiyar Qazıbəyov (60 kq) məşqçilərin tapşırığını yerinə yetirə bilib. Boksçumuz 1/8 finalda macarıstanlı Mata Lakatoşu mübarizədən kənarlaşdırıb – 3:0. Qazıbəyovun növbəti rəqibi kubalı Edel Akosta Qarsiya olacaq.

Bu gün dünya birinciliyində 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Yarışda ölkəmizi hakim kimi Rövşən Hüseynov təmsil edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail