Azərbaycanın Almaniyadakı səfirliyindən Mxitaryan açıqlaması

09.09.2015 | 3452 dəfə oxunub

Azərbaycanın Almaniyadakı səfirliyi Avropa Liqasının qrup mərhələsində "Qəbələ" klubunun rəqibi olan "Borussiya" (Dortmund) klubunun futbolçusu Henrix Mxitaryanla bağlı açıqlama verib.
 

Stadium.az az report.az-a istinadla xəbər verir ki, açıqlama erməni futbolçunun komandasının heyətində Azərbaycana səfəri ilə bağlıdır.

 

Səfirlikdən bildirilib ki, Azərbaycan Respublikasının "arzuolunmaz şəxslər"in siyahısına milliyyətindən və ya peşəsindən asılı olmayaraq, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə Azərbaycanın hakimiyyət orqanları ilə əvvəlcədən əldə edilmiş müvafiq razılıq olmadan səfər edən və Azərbaycan Respublikası qanunlarının aliliyini və ərazi bütövlüyü prinsiplərini pozan şəxslər daxil edilir.
 
Qeyd edək ki, Mxitaryan 2012-ci ildə Azərbaycanın işğal altında olan xankəndi şəhərinə Azərbaycan hökumətinin icazəsi olmadan özbaşına yollanıb. Onu da xatırladaq ki, "Qəbələ" və "Borussiya" komandaları Bakıda oktyabrın 22-də üz-üzə gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail