Oğluna görə nazirə töhmət vurdular

16.09.2015 | 3028 dəfə oxunub

“Qarabağ”ın “Seltik” və “Yanq Boyz”la oyunlarında Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün bərbad durumda olması arenanın direktoru Akif İsmayılovun işini itirməsiylə nəticələndi.

Stadium.az xəbər verir ki, Akif İsmayılov öz ərizəsiylə işdən getdiyini desə də, əslində, onu buna məcbur ediblər. Sadəcə, İsmayılovun 19 illik xidmətini nəzərə alaraq, onu urvatsız yox, “öz ərizəsiylə” yola salıblar. Ancaq stadiona görə təkcə Akif İsmayılov işsiz qalmayıb. Gənclər və İdman Nazirliyindəki mənbənin saytımıza verdiyi məlumata görə, nazir Azad Rəhimov da stadionla bağlı tənbeh olunub.

Stadionun ot örtüyünə cavadeh olan “Football & Sports Management” (FSM) şirkəti məhz nazirin oğlu Arif Rəhimovun himayəsindədi.

Bu yaxınlarda Azad Rəhimov mətbuata verdiyi açıqlamada bildirmişdi ki, stadionun icarədarı “Qarabağ” olduğu üçün ot örtüyünə da onlar cavabdehlik daşımalıdılar:

“Əslində, stadionu "Qarabağ" icarəyə götürüb. Meydanın ot örtüyünə də klub baxmalıdı".

Nazirlikdəki mənbə bildirir ki, “Football & Sports Management” şirkətiylə müqavilə bağlanana qədər stadionun ot örtüyünə “Qarabağ” klubu cavabdehlik daşıyıb. Onların vaxtında isə ot örtüyünün durumu ilə bağlı ciddi problem yaşanmayıb. Ancaq şirkətlə müqavilə bağlamaq üçün “Qarabağ”ı bu işdən uzaqlaşdırıblar. Mənbə bildirir ki, Azad Rəhimovu “Qarabağ”ı bu işdən uzaqlaşdırıb, stadionu oğlunun himayəsində olan şirkətə təhvil verdiyinə görə, Prezident Aparatında tənbeh ediblər. Məhz bundan sonra “Football & Sports Management” şirkəti də stadiondan uzaqlaşdırılıb.

Mənbə məlumat verir ki, böyük ehtimalla, stadionun ot örtüyünə bundan sonra “Qarabağ” klubu cavabdehlik daşıyacaq. Prezident aparatında Azad Rəhimovu necə danlayıblarsa, nazir “Qarabağ” rəhbərliyiylə məsləhətləşəndən sonra stadiona direktor təyin edəcəyini bildirib:

“Stadionun icarədarı "Qarabağ" klubu ilə danışıqlar aparırıq. Yeni təyinatda onların da rolu olacaq”. Komanda.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail