PAOK-un baş məşqçisi: “Biz ancaq qələbə qazanmaq üçün oynayacağıq”
Sabah Avropa Liqasının qrup mərhələsinin “Qəbələ” –
PAOK oyunundan əvvəl yunan klubunun baş məşqçisi İqor Tudorun mətbuat
konfransını təqdim edirik:
- Sabahkı
oyunda əsas futbolçulardan olan Kadze oynamayacaq. Bu itkidir?
- O zədəlidir, bizim üçün itkidir. Ancaq onun
yerini dolduran futbolçularımız var.
- “Qəbələ”
sizin üçün nə qədər təhlükəli komandadır?
- “Panatinaikos” kimi klubu mübarizədən kənarlaşdırmaq
böyük işdir. Onlar bunu bacarıblar. Təcrübələri az olsa da, hücumda bəzən çox
yxşı iş görürlər. Onlarda bizim üçün maraqlı futbolçular var. Keyfiyyət
baxımından yüksək qiymətləndirilməlidirlər. Biz həmişə yaxşı nəticə üçün
oynamışıq. Mənim üçün önəmli olan komandamın yaxşı futbol sərgiləməsidir. Bu
olarsa, o zaman nəticə də olacaq.
- PAOK səfərdə
qol vura bilmir. Ya uduzur, ya heç-heçə edir. Siz sabah bərabərliyə razısız?
- Qalib gəlməklə pis oyun göstərmək arasında böyük
fərq var. Razı deyiləm ki, biz səfər oyunlarında pis çıxış edirik. Bəzən nəticə
bir çox amillərdən aslı olur. Qarşıdakı rəqibdən, hakimlikdən və.s
- Heç-heçə
sizi qane edəcək?
- Biz qalib gəlmək üçün oynayacağıq.
- “Panatinaikos”a
iki qol vuran Dodo üçün xüsusi tədbir hazırlamısız?
- Təbii ki, biz bunu nəzərə almışıq. Ancaq bunu
detalları ilə sizə deyə bilmərəm. “Qəbələ” güclü komandadır. Biz bununla
barışmışıq.
- Sizin futbolçunuz Fakunda Pereyranı “Qəbələ”yə icarəyə
vermisiz. Qorxmursuz ki, sizi sabah cəzalandıra?
- Təbii ki, o, sabah meydanda xüsusi motivasiyayla
oynayacaq. Mən on bütün oyunlarda uğurlar arzulayıram, ancaq sabahkı oyundan
başqa.
- Sizə kimi “Qəbələ”nin iki yunan klubunu mübarizədən
kənarlaşdırması üzərinizdə psixoloji gərginlik yardır?
- Təzyiq həmişə olur.
- Berbatovu sabah start heyətində meydanda görə biləcəyik?
- Bu, oyundan aslı olacaq. Start heyətində meydanda
olmayacaq, amma qarşılaşmanın gedişatında meydana daxil ola bilər. Çünki
Berbatov uzun müddət hazırlıqsız olub.
- Siz Robert Prosineçkiylə Xorvatiya millisində
oynamısız. “Qəbələ” barədə ondan nəsə soruşmusuz?
- Təbii ki, onunla danışmışam. İki saat əvvəl də söhbətimiz olub. Hər şeydən əvvəl o, mənim yaxın dostumdur. Həm də yaxşı məşqçidir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |