Növbəti Avropa Oyunlarının tarixi müəyyənləşdi

19.09.2015 | 2678 dəfə oxunub

Növbəti Avropa Oyunlarının tarixi və potensial ev sahibləri müəyyənləşdi
2019-cu il II Avropa Oyunları iyun ayının son 2 həftəsində keçiriləcək. 

Stadium.az xəbər verir ki, Oyunların tarixi Avropa Olimpiya Komitəsinin (EOC) İcraiyyə Komitəsinin Albaniyanın paytaxtı Tiranada keçirilmiş iclasında təsdiqlənib.

EOC prezidenti Patrik Hikki növbəti Avropa Oyunlarına bir neçə ölkənin, o cümlədən, Türkiyə, Belarus və Rusiyanın potensial ev sahibi olduğunu açıqlayıb. O, hazırda Oyunları keçirmək istəyində olanlarla danışıqların yekunlaşma mərhələsində olduğunu və qalibin gələn ay Çexiyanın paytaxtı Praqada keçiriləcək EOC Baş Assambleyasında açıqlanacağını vurğulayıb. Eyni zamanda, qurumun rəhbəri 2023-cü il III Avropa Oyunlarına potensial namizədlərlə də danışıqlar apardıqlarını bildirib.

P.Hikki deyib ki, II Avropa Oyunlarının tarixini indidən açıqlamaqla bütün maraqlı tərəflərə - Milli Olimpiya komitələri və qitənin idman federasiyalarına öz yarış təqvimlərini buna uyğunlaşdırmaq imkanı verilib. EOC prezidenti, həmçinin növbəti Oyunların proqramında atletikanın 5-6 əsas idman növü qismində yer alacağını, qalan növlərin isə təşkilatçılar tərəfindən seçiləcəyini əlavə edib. Report



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail