Mirhüseyn Seyidov: “Dəli olmamışam ki, “Bakı” rəhbərliyini söyüm” - MÜSAHİBƏ

“Elvinin sözü varsa, zəng edə bilər”

26.09.2011 | 7914 dəfə oxunub

Qalamaqallı “Neftçi” – “Bakı” oyununda yaşananlar hər kəsə məlumdu. Olayların mərkəzində dayanan iki şəxsən biri, həm də zərərçəkən Elvin Əliyev Əliyev bu məsələdə qarşı tərəfi – Mirhüseyn Seyidovu günahlandırır. Miri ilə də elə bu olaylar barədə danışdıq.

“Neftçi”nin oyunçusu Mirhüseyn Seyidovun “Stadium.az”a özəl müsahibəsi:

 - «Qəbələ» ilə oyundan əvvəl iki tur məğlub olduğumuzdan, sonrakı qarşılaşmaları 3 xalla yekunlaşdırmalı idik. Buna görə də, “Bakı” ilə oyunda ancaq qələbə barədə düşünürdük. Şükürlər olsun ki, buna da nail olduq. Amma deyim ki, “Bakı” asan rəqib deyil. Qolu son dəqiqədə vurmağımız da bundan xəbər verir. Amma həmin gün,  biz qələbəni rəqib futbolçulardan daha çox istəyirdik.

- Elvin Əliyevlə sənin aranda meydanda yaranan  gərginliyin səbəbi nə idi?

- Futbolda belə şeylər olur, mübarizə varsa, gərginlik də olmalıdır. Məni də aldadarlar, keçərlər, görünür, o, bunu qəbul etmir. Məndə heç vaxt olmayıb ki, “mən rəqibi üstələdim”. Ona sözüm onda oldu ki, Nasimov yerdə idi, Elvinə dedim topu vur çölə, o isə bunu etmədi. O da mənə çox kobud cavab verdi. Elvin müsahibəsində deyib ki, nə oldusa meydanda qaldı. Amma mənim üçün elə deyil. Hərənin özünə görə qüruru var. Meydanda elə şey ola bilər ki, o sənə güllə yarasından da pis təsir edər. Axı belə şeylərin üstündən necə keçmək olar?

- Sözündən belə çıxır ki, Elvin Əliyev səni meydanda təhqir edib?

- Əlbəttə, yoxsa mənim onunla nə işim vardı ki. O, yaşından da utanmayıb məni söydü. Düzdü, mən də onu söydüm, amma nəyə görə mən günahkar olmalıyam. Elə oyun gedən zaman danışdıq ki, matç bitəndən sonra onunla “söhbət edəcəyik”.

- Bəs Elvinin döyülməsi?

- Biz klubun avtobusunda artıq stadionu tərk etmək üzrəydik, birdən ara qarışdı. Onu kimlərin vurmasından da xəbərsizəm. Bilmirəm dava zamanı nələr baş verib. Amma klub rəhbərləri də bilir ki, Elvin məni təhqir edib.

- Amma Elvin deyir ki, sən “Bakı” klubunun rəhbərliyini söydüyün üçün, o da bunun qarşılığında səni təhqir edib?

- Mənim ağlım hələ başımdadır. Dəli olmamışam ki, “Bakı” rəhbərliyini söyüm. Axı nəyə görə “Bakı” rəhbərliyinə pis nəysə deməliyəm? Birincisi onlar mənim yerlilərimdir (Naxçıvanlı olduqlarına işarə edir), ikincisədə ki, klub rəhbərlərinin burada nə işi var ki, onlara da nəysə deyək. Belə söhbət olmayıb. Mən Hafiz müəllimi də, Zeynal Müəllimi də çox yaxşı tanıyıram. Hafiz Məmmədovun xeyirxah və ölkədə necə yüksək hörmətə malik insan olduğunu da çox yaxşı bilirəm. Mənim ağlım azmayıb ki, hansısa Elvinə görə onları söyüm. 4 ildi Allaha ibadət edirəm, əgər yalan danışıramsa, deməli, mən bu 4 ili boş yerə ibadət etmişəm. Elvinin dərsini elə meydanda verə bilərdim, amma qırmızı vərəqə alıb komandamı pis vəziyyətdə qoymaq istəmədim. Elvinin dedikləri isə ağılasığmaz bir şeydir. Elvin özünü vəziyyətdən çıxarmaq üçün “Bakı” rəhbərliyini məsələyə qoşdu. Onun rəhbərliyini söymüşdümsə, o da mənim rəhbərimə söyəydi. Hər kəs yalan danışırsa, Allah onu futbol oynamaqdan məhrum etsin. O istəyirdi ki, iki klub rəhbərliyini üz-üzə qoysun.

- “Neftçi”nin bazasında iki klub rəhbərləri bağlı qapılar arxasında nələr danışdılar?

- Elə, olan məsələləri müzakirə etdilər. Mən Qurana əl basaraq and içdim ki, “Bakı” rəhbərliyini söyməmişəm. Mən qardaş-dost dediyim uşaqlar “Bakı”da oynayır. Niyə qardaş dediyim insanın rəhbərini söyməliyəm ki? Bilirsiz mənə nə pis təsir etdi, Elvin də Qurana əl basdı ki, Mən klub rəhbərliyini söymüşəm. Adam belə şeylərə heç inana bilmir.

- Deyilənə görə, Elvini döyənlər sənin qohumların və dostların olub...

- Mənim dostlarım indi mənim yanımdadı (müsahibə zamanı yanımızda olan insanları nəzərdə tutur). Bunlar oyunda heç stadionda da olmayıblar. Mən heç kimə deməmişəm ki, gedib Elvini döysünlər. Qarşılaşma bitdikdə rəhbərliyimə dedim ki, Elvin məni təhqir edib,buna görə oyundan sonra onunla görüşəcəm.

- Bəs Elvin məsələsini bitmiş saymaq olar artıq?

- Mən sərbəstəm, ancaq onun mənə dediklərinə görə narahatam. Bizim yerli oyunçular azdır, Bakı da böyük şəhər deyil. Gərək dalaşanda elə dalaşasan ki, sabah üz-üzə gələndə utanmayasan. Mənim üçün bu söhbət rəhbərlik səviyyəsində elə oyundan sonra bağlandı. Amma özüm Bakıdayam, mobil telefonum da açıqdır, Elvinin sözü varsa, zəng edə bilər. Bir daha deyim ki, Elvinin dediyi rəhbərlik söhbəti yalandı. Mən klubumuzun rəhbəri Sadıq müəllimlə Hafiz müəllimin də yanına gedib, bir böyük kimi ona nə varsa, hamısını  danışa bilərəm. Yeri gəlmişkən, saytlarda yazılıb ki, guya mən demişəm Elvin gəlib məndən üzr istəməlidir. Bayaq da dedim, bu söhbət mənim üçün rəhbərlik səviyyəsində bağlanıb. Mən elə söz deməmişəm. Xahiş edirəm, bunları da yazasız!

 Söhbət etdi: Anar





  #3   Adınız: Hafiz;   E-mail: ---

27.09.2011 02:15

Yas meselesinin bu sohbete ne dexli vardi bilmirem))))

  #2   Adınız: Xozeyn;   E-mail: ---

27.09.2011 02:14

Hec Elvin Eliyev de bir z... deyil

  #1   Adınız: VÃœQAR;   E-mail: [email protected]

26.09.2011 18:52

Bu uşaqlar Qurani Kərimi əlifba kitabına tay tutublar. Hər yalan danışan Qurana əl bassa .... Məlum oldu ki, ikisindən biri yalandan əl basıb. Deməli Qurana hörmətsizlik edib. Təqsir Qurana əl basmağı bu mürtədlərə təklif edənlərdədi. Yalançı da Qurana əl basır, doğruçu da. kimə inanmaq olar?
Mirhüseyn Seyidova diqqətlə baxın. Ona heç 19 yaş vermək olar, ya yox? Tanıdığınız və ətrafınızda olan 19-20 yaşlı cavanları onunla müqayisə edin. Məncə onun yaşı 22-dən az deyil. Bu da Mirhüseynin bir yalanı və haramı. İndə bəzi ibadətlə məşğul olanlar, bundan bir reklam (piar) kimi istifadə edirlər.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail