Teymur Rəcəbov Dünya Kubokunda mübarizəni dayandırdı

20.09.2015 | 2530 dəfə oxunub

Azərbaycan yığmasının liderlərindən biri Teymur Rəcəbov Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku yarışlarında mübarizəni dayandırıb. Onun 1/16 final mərhələsi çərçivəsində rusiyalı Pyotr Svidler ilə görüşünün taleyi iki klassik partiyadan sonra tay-breykdə həll olunub.

 

Stadium.az xəbər verir ki, sürətli şahmat oyununda iki partiyanın yekunlarına görə, T.Rəcəbov rəqibi P.Svidlerə uduzub (0,5:1,5).

Daha əvvəl isə digər qrossmeysterlərimiz - Vasif Durarbəyli, Eltac Səfərli, Rauf Məmmədov və Qədir Hüseynov da mübarizədən kənarlaşıblar.

Beləliklə, Dünya Kubokunun 1/8 final mərhələsində Azərbaycanı yalnız Şəhriyar Məmmədyarov təmsil edir. O, növbəti dövrədə ABŞ qrossmeysteri Fabiano Karuana ilə qarşılaşacaq.

Yarışın ümumi mükafat fondu 1,6 milyon dollardır. Qalib 96 min dollar, finalçı 40 min dollar, dörddə bir final mərhələsinə yüksələn şahmatçılar hərəyə 28 min dollar qazanacaqlar. Qalib və finalçı 2016-cı ildə iddiaçıların turnirində iştirak etmək hüququ əldə edir. azertac



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail