Azərbaycanlı idmançı öldürüldü

22.09.2015 | 5427 dəfə oxunub

Rusiyada məşhur idmançı öldürülüb.
 
Stadium.az oxu.az-a istinadən xəbər verir ki, idmançı Yan Klyuşin dostunun toyunda şahid imiş, o, altı dostu ilə bərabər sərxoş halda evə getmək üçün taksi çağırıb. 
 
Gecə saat 3-ə yaxın onların dalınca maşın gəlib. Amma sürücü yeddi sərxoş adama maşına əyləşməyə icazə verməyib. Bəy cibindən travmatik tapança çıxarıb və sürücünü hədələyib. Azərbaycanlı Vəliyev soyadlı sürücü də öz növbəsində qardaşını çağırıb. Sürücünün qardaşı isə Makarov tapançası ilə gəlib. Əsəbiləşən qardaşlar oğlanlara atəş açıblar.
 
Güllələrdən biri Yan Klyuşinin boğazına dəyib, aldığı yaradan o, yerindəcə keçinib. Daha beş oğlan əl və ayaq nahiyələrindən yaralanıblar. Yanın dostları Samvel Yegiazaryan, İqor Oparin, Nikolay Oparin xəstəxanadadırlar.
 
Qeyd edək ki, Yan Klyuşin MMA və Mix Fight döyüşlərində dəfələrlə çempion olub. O, “İmperiya” klubunda məktəblilərin məşqçisi idi.
 
“Çox istedadlı oğlan idi. Müxtəlif səviyyəli yarışlarda dəfələrlə qalib olub. Onun gözəl gələcəyi var idi. O, qüvvəsinin qiymətini bilirdi və heç bir zaman onu elə belə tətbiq etməzdi. Davada cavab verə bilərdi, amma görünür ki, birinci ən güclünü və ən təhlükəlini vurublar”, - Yanın “İmperiya” klubundakı həmkarları bildiriblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail