Yığmamız İtaliyaya 9 boksçu ilə gedir

23.09.2015 | 3325 dəfə oxunub

Qətərdə keçiriləcək dünya çempionatına hazırlaşan boks üzrə milli komandamız oktyabrın 24-də İtaliyaya yola düşəcək. 

Stadium.az xəbər verir ki, yığmamız İtaliyanın Assizi şəhəriindəki məşq bazasında İtaliya və İrlandiya komandaları ilə birgə toplanış keçəcək.
 
Baş məşqçi Pedro Roque, məşqçilər Nəriman Abdullayev və Lazaro Ximenes Martinezin rəhbərliyi altında hazırlıq prossesində 9 boksçu iştirak edəcək. Avropa Oyunlarında ağır zədə alan 2 qat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov da heyətə daxil edilib. 

Rio de Janeyro Olimpiadasına lisenziya xarakteri daşıyan dünya çempionatı oktyabrın 6-da start götürəcək. Bu dəfə dünya çempionatında iştirak etmək üçün lisenziya qazanmaq şərt idi. Azərbaycan boksçularından 9-u Avropa Oyunlarından Qətərdə keçiriləcək yarışa vəsiqə qazanıb. Yalnız 49 kq çəki dərəcəsində çıxış edən Rüfət Hüseynov Avropa çempionatında bürünc medal qazanmaqla, mundiala vəsiqə əldə edib. Xaybula Muslov isə (75 kq) İtaliyaya yollana bilməyib. Boksçunun gözündə əməliyyat aparıldığından o, dünya çempionatında da iştirak etməyəcək.

49 kq - Rüfət Hüseynov 
52 kq - Elvin Məmişzadə 
56 kq - Tayfur Əliyev 
60 kq - Albert Səlimov 
64 kq - Lorenzo Sotomayor 
69 kq - Pərviz Bağırov 
81 kq - Teymur Məmmədov
91 kq - Abdulqadir Abdullayev 
+91 kq - Məhəmmədrəsul Məcidov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail