İdmançılarımız Beynəlxalq turnirdə parlaq qələbələr qazanıblar

26.09.2015 | 2617 dəfə oxunub

Sentyabrın 25-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Pankration, Qrappling və MMA Federasiyasının təşkilatçılığı ilə qarışıq döyüş növləri üzrə Beynəlxalq turnir keçirilib.


Stadium.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə təşkil olunan turnirə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Rusiya və Türkiyədən tanınmış qarışıq və qaydasız döyüş ustaları, dünya çempionları və müxtəlif turnirlərin qalibi olmuş məşhur idmançılar qatılıb.

Turnirin açılışında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov və Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi Füzuli Musayev çıxış edərək Azərbaycan dövlətinin idmanın bütün növlərinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar. Bunun nəticəsində idmançılarımızın beynəlxalq yarışlarda uğurla çıxış edərək bayrağımızı yüksəklərə qaldırdıqları vurğulanıb. Qeyd olunub ki, ölkəmizdə keçirilən beynəlxalq turnirlər bu mənada yaxşı fürsətdir. Digər tərəfdən, ölkəmizə qələn qonaqlar Azərbaycanda idman yarışlarının yüksək səviyyədə keçirilməsinin şahidi olurlar. Qarışıq döyüş növləri üzrə beynəlxalq turnirin təşkilinin məqsədi bu idman növünü inkişaf etdirməkdir.

Natiqlər turnirdə iştirak edən idmançılara uğurlar arzulayıblar. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra yarışlara start verilib.

Əvvəlcə 62 kiloqram çəki dərəcəsində Azərbaycan idmançıları Anar Əliyev və Təbriz Məmmədov qarşılaşıblar. İki raunddan ibarət görüşdə Təbriz Məmmədov qalib gəlib.

Yarışda 66 kiloqram çəkidə mübarizə aparan Ehtiram Darışov (Azərbaycan) və Jalqqasiy Jumageldinin (Qazaxıstan) qarşılaşmasında isə qazaxıstanlı idmançı üstün olub.

Ölkəmizi turnirdə təmsil edən Vüqar Kərəmov (71 kq) gürcüstanlı Georgi Barkala ilə döyüşündə vaxtından əvvəl qələbə qazanıb. Milli komandamızın digər üzvü Tofiq Musayev (77 kq) rusiyalı Şamil Maqomadzadiqovlə döyüşün ilk raundunda rəqibinə nakautla qalib gəlib. Fuad Qədirovun (93 kq) türkiyəli Mehmet Özərlə görüşü də Azərbaycan idmançısının qələbəsi ilə yekunlaşıb.

Turnirdə 93 kiloqram çəki dərəcəsində Teymur Mehdiyev və Cef Monson (ABŞ) arasında nəzərdə tutulan döyüş isə amerikalı idmançının zədəsinə görə Bakıya gəlməməsi səbəbindən baş tutmayıb.

Sonda turnirin qaliblərinə medallar və kuboklar təqdim olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail