"Bakı"nın oyunçusu Flavinyonun cavabını verdi

"Mən Flavinyoya “çıxıb getmə, qal burada” deyən deyiləm"

26.09.2011 | 5256 dəfə oxunub

“Bakı”nın müdafiəçisi Novruz Məmmədov “Neftçi” ilə oyunda zədələnən Flavinyonun onun haqqında söylədiyi fikirlərə münasibət bildirib. Stadium.az xəbər verir ki, Novruz braziliyalı yarımmüdafiəçinin ittihamlarını qəbul etmədiyini bildirib. Məmmədov həmin epizodda ayağının sürüşdüyünü və “Neftçi”nin futbolçusuna qarşı bilərəkdən kobud oynamadığını söyləyib:
“Flavinyo elə deməlidi. Çünki futbolçudur. Amma həmin epizoda evdə təkrar-təkrar baxanda görürəm ki, o, əvvəlcə yıxılır və top onun ayağından çıxır. Topa tərəf gedəndə, mənim də ayağım sürüşür. Mən ayağımı topa atanda, o, korpusla topu bağlayır və ayağına dəyirəm. Biri var ki, mən iki ayaqla tullanıb, onun ayağını qırım. Biri də var ki, mən topa hərəkət edirəm. Flavinyo çox şey deyə bilər. Amma mən neyniyim ki, ikinci dəfə onu vururam”.

Müdafiəçi Flavinyonun belə hallar davam edərsə, Azərbaycandan getmək istəməsi ilə bağlı fikirlərinə də münasibət bildirib: “Bu, artıq Flavinyonun öz problemidir. Mən ona “çıxıb getmə, qal burada” deyən deyiləm ki. Mən yalnız öz epizodumla bağlı nəsə deyə bilərəm. Bilirsiniz, oyunçunun ayağını sındırırlar? Gözünü yumub, tullanırsan dizinin üstünə, qırılır. Amma mən topa toxunanda, o, korpus qoyursa və zərbə ayağına dəyirsə, burada mənim günahım nədir?”.

Novruz həmin epizodda qayda pozuntusu olmadığını düşünür: “Məncə, orada qayda pozuntusu yox idi. Hə, görəndə ki, mən onun ayağına dəyirəm, hardasa vermək olardı. Ancaq mənim onun ayağına qəsdən zərbə vurmaq niyyətim yox idi. Flavinyo ilk dəfə zədələnəndə də zəng zəng dalınca gəlmişdi. İndi də. Amma mən özüm bilirəm neynədiyimi. Mən onun ayağını sındırmamışam. Sadəcə ayağım dəyib.Danışmaqdansa, epizoda baxsınlar. Ona görə qiymət versinlər. Danışıb, kiminsə adına ləkə gətirmək lazım deyil. Həmin epizoda baxanda da, hər şey açıq-aydın görünür. Futbolçu özü hər şeyi açıq-aydın görür”.

Sonda isə Məmmədov etdiyi hərəkətə görə pis olduğunu, ancaq yenə də öz fikrində qaldığını deyib: “Allah saxladı. Allah köməyi olsun. Neynəyə bilərik daha. Mən demirəm ki, yaxşı eləmişəm. Özüm də pis olmuşam ki, onu ikinci dəfə vurdum. Vurdum deyəndə ki, oldu. Kim nə düşünürsə, düşünsün. Əsas mənim düşüncəmdir. Mənim də düşüncəm belədir ki, onun ayağını sındırmaq fikrim yox idi. Bu günə qədər heç bir futbolçunun ayağını qırmamışam”.

qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail