Millimiz dünya çempionatına itkiylə yollanır

02.10.2015 | 3992 dəfə oxunub

Boks üzrə Azərbaycan milli komandası Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatına ciddi itki ilə yollanacaq.

 

Stadium.az xəbər verir ki, yarışda 9 boksçunun iştirakı nəzərdə tutulsa da, son anda dəyişiklik edilib. Həkimlər 91 kq-dan yuxarı çəki dərəcəsindəki Məhəmmədrəsul Məcidovun mundialda çıxışına icazə verməyiblər. Bakı 2015 I Avropa Oyunlarında zədələnən ikiqat dünya çempionu Meksika və İtaliyaya təlim-məşq toplanışlarına yollansa da, tibbi personal risk etmək istəməyib.

Məcidov jurnalistlərə açıqlamasında həkimlərin qərarı ilə razılaşmaq məcburiyyətində qaldığını söyləyib:

"Son ana qədər ümid edirdim ki, dünya çempionatında iştirak edəcəyəm. Komanda ilə birgə məşqlərimi də davam etdirirəm. 3-cü dəfə dünya çempionu olmaq arzusunda idim. Amma həkimlərlə mübahisə etməyə dəyməz. Onlar zədə səbəbindən yarışda iştirakıma icazə vermədilər. Bu, son şans deyil. Qarşıda hələ İstanbulda və gələn il son olaraq, Bakıda keçiriləcək lisenziya turnirləri var. İnanıram ki, olimpiadaya vəsiqə qazanaraq, uğurla çıxış edəcəyəm".

Qeyd edək ki, Dohadakı dünya çempionatı 5-15 oktyabrda keçiriləcək. Yarış 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Azərbaycan yığması çempionata sabah yollanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail