Avstriya jurnalında Azərbaycan idmanına həsr olunmuş məqalə dərc edilib FOTO

03.10.2015 | 4138 dəfə oxunub

Avstriyanın idman sahəsində mühüm nəşrlərindən biri olan “Sport & Business” jurnalında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR-ın) ölkəmizdə və ümumilikdə regionda idmana verdiyi töhfələrdən bəhs edən məqalə yayımlanıb. “Top Qafqazda dığırlanır” sərlövhəli məqalədə SOCAR-ın Azərbaycanın adının Avropanın futbol xəritəsinə həkk etdiyi qeyd olunur.

SOCAR-ın Avstriyadakı nümayəndəliyindən bildiriblər ki, məqalədə UEFA prezidenti Mişel Platini tərəfindən Azərbaycanda idman sahəsinə, xüsusilə futbolun inkişafına göstərilən dəstəyin yüksək qiymətləndirilməsi, həmçinin onun dəfələrlə bu ölkəyə səfər etməsi, müxtəlif idman komplekslərinin açılışında şəxsən iştirakı qeyd edilib. Prezident İlham Əliyevin 2005-2015-ci illərdə idman infrastrukturu, yeniyetmələr və qadın futbolunun inkişafını hədəf alan Sərəncamı da məqalədə xatırlanıb.

Məqalədə 2016-cı ildə Fransada təşkil olunacaq futbol üzrə Avropa Çempionatının yeddi rəsmi sponsorundan birinin də ARDNŞ olduğu, bu sponsorluq paketinin “UEFA-2016”nın bütün seçmə mərhələsi, Rusiyada keçiriləcək “FİFA-2018”in Avropa üzrə seçmə mərhələsi və Azərbaycanda təşkil olunacaq “U17-2016” Avropa çempionatını da əhatə edəcəyi diqqətə çatdırılıb.

Məqalədə SOCAR-ın idman və mədəniyyətin təbliğinə xüsusi diqqət ayırması vurğulanır və Azərbaycanın ev sahibi olduğu 2015-ci ildə ilk Avropa Oyunları, eyni zamanda, ölkəmizdə təşkil ediləcək 2016-cı ildə “Formula-1” qran-pri yarışı, “U-17” Avropa Çempionatı kimi böyük tədbirlər sadalanır.

Məqalədə SOCAR-ın Avstriyadakı nümayəndəliyinin başçısı Gülmirzə Cavadovun fikirləri də öz əksini tapıb. O, SOCAR-ın gələcəkdə də bütün sahələr üzrə, xüsusilə xalqlar arasında qarşılıqlı anlaşmanı inkişaf etdirmək üçün mədəniyyət və idman sahəsində fəaliyyətini davam etdirəcəyini bildirib. G.Cavadov Azərbaycan və Avstriya arasında münasibətlərin son 15 ildə tamamilə yeni bir mərhələyə yüksəldiyini qeyd edərək, bu istiqamətdə çox mühüm və konkret addımların atıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, məqalə SOCAR-ın Avstriyadakı nümayəndəliyinin təşəbbüsü və “Sport & Business” jurnalı ilə əməkdaşlığı nəticəsində işıq üzü görüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail