Prosineçki Kontedən qabağa düşdü

05.10.2015 | 4878 dəfə oxunub

"Avro-2016"nın seçmə mərhələsində oktyabrın 10-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

Stadium.az xəbər verir ki, ilk öncə millimizin baş məşqçisi Robert Prosineçkinin mətbuat konfransı baş tutacaq.

Xorvatiyalı mütəxəssis saat 18:45-də jurnalistlərin suallarını cavablandıracaq. 19:15-də isə yığmamızın ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi keçiriləcək.

İtaliya millisinin baş məşqçisi Antonio Kontenin mətbuat konfransı saat 21:00-da başlayacaq. Bundan 1 saat öncə isə Konte komandasını ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqə çıxaracaq.

Hər iki komandanın məşqi və mətbuat konfransı Bakı Olimpiya Stadionunda keçiriləcək. (affa-nın saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail