Ağsu İdman Kompleksi fəaliyyətə başladı FOTOLENT

07.10.2015 | 3173 dəfə oxunub

Hələ 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndə ölkəmizdə Olimpiya Hərəkatında yeni mərhələ başladı. Azərbaycan sürətlə dünyanın idman ailəsinə daxil oldu. 2003-cü ildən etibarən isə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən strategiyaya uyğun olaraq, idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. İlk növbədə regionlar da daxil olmaqla bütün respublika üzrə beynəlxalq standartlara cavab verən yeni, müasir idman qurğularının , olimpiya idman komplekslərinin tikilməsinə başlandı. Bununla da ölkədə yeni idmançı nəslinin yetişməsini qarşıya məqsəd qoyan Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi diqqət və qayğı idmançılarımızın beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanmasına gətirib çıxardı.
Dövlətimizin düşünülmüş idman siyasəti bu gün də uğurla davam edir. Ağsuda inşa olunan yeni idman kompleksi də bu siyasətin tərkib hissəsidir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa olunan kompleksdə tikinti işləri ən yüksək səviyyədə aparılıb və bu yaxınlarda başa çatdırılıb.
Kompleksin həyətində ümummilli lider Heydər Əliyevin idmançılara göstərdiyi qayğını, müxtəlif dövrlərdə Ağsuya səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılıb. Burada, həmçinin Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqəti və bu rayona səfərlərini əks etdirən fotolar da yer alır.
Sentyabrın 17-də dövlət başçısı Ağsu rayonuna səfəri çərçivəsində idman kompleksinin açılışında iştirak edib.
Oktyabrın 5-də isə idman ictimaiyyətinin bir qrup üzvünün iştirakı ilə kompleks fəaliyyətə başlayıb. “Neftçi İdman Klubu”nun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov, Olimpiya, dünya və Avropa çempion və mükafatçıları Elnur Məmmədli, Rəsul Çunayev, Rövşən Bayramov, Hacı Əliyev, Rauf Ağayev, Nizami Paşayev və digərləri, eləcə də Ağsu rayon rəhbərliyinin təmsil olunduğu böyük bir heyət orada iştirak edərək kompleks haqda yüksək fikirlərini söyləyiblər və idmançılara uğurlar diləyiblər.
Çıxış edənlər ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söhbət açıblar. Yüksək səviyyəli bir idman ocağının istifadəyə verilməsindən məmnunluqlarını dilə gətirən natiqlər burada çoxlu sayda idmançıların yetişəcəyinə və ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcəklərinə inandıqlarını bildiriblər.
Qeyd edək ki, Ağsu İdman Kompleksində boks, cüdo, güləş, ağırlıqqaldırma, üzgüçülük, taekvondo və digər idman növlərinin fəaliyyət göstərməsi üçün maksimum şərait yaradılıb. İnanırıq ki, bu kompleksdə yetişəcək idmançılar ölkəmizi müxtəlif idman növləri üzrə beynəlxalq arenalarda layiqincə təmsil edəcək və Vətənə medallarla dönəcəklər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail