Hacı Əliyev dünya reytinqində birincidir

07.10.2015 | 3990 dəfə oxunub

Dünya Güləş Birliyi 2015-ci ilin sentyabr ayında keçirilən yarışların nəticəsinə əsasən sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.

Stadium.az xəbər verir ki, sərbəst güləşçilərimizdən 10 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. 

Ötən ay ABŞ-ın Las Veqas şəhərində keçirilən Dünya çempionatında sərbəst güləşçilərimizin qazandığı 1 qızıl, 1 gümüş və 1 bürünc medal, eləcə də 2016-cı ildə Rio-de Janeyrada keçiriləcək Yay Olimpiya Oyunlarına 4 lisenziya idmançıların reytinq siyahısındakı mövqelərinə də təsir göstərib.

Dünya çempionatında qızıl medal qazanmaqla, sərbəst güləş tariximizdə ilk ikiqat dünya çempionu adına sahib olan Hacı Əliyev öz çəki dərəcəsində reytinqdə ilk sırada qərarlaşıb. Dünya çempionatının yalnız finalında məğlub olan 125 kq-da təmsilçimiz Cəmaləddin Məhəmmədov reytinqdə də ikinci sıraya yüksəlib.

İlk onluqda yer alan digər sərbəst güləşçilərimizdən, Olimpiadanın ikiqat bürünc medalçısı, Dünya və üçqat Avropa çempionu Xetaq Qazyumov (97 kq) 3-cü, Olimpiya çempionlarımız Toğrul Əsgərov və Şərif Şərifov isə müvafiq olaraq 5-ci və 7-ci yerdə qərarlaşıb.

 


57 kq 
18. Mahir Əmiraslanov - Gənclərin Dünya Çempionatı 1-ci yer (nr)

 

61 kq 
1. Hacı Əliyev - Dünya çempionatı 1-ci yer (10)

 

65 kq 
5. Toğrul Əsgərov - Avropa Oyunları 1-ci yer (3)
14. Məhəmməd Müslümov - Paris Qran Pri turniri 1-ci yer (9)

 

70 kq 
9. Ruslan Dibirhacıyev - Avropa Oyunları 3-cü yer (8)

 

74 kq 
20. Cəbrayıl Həsənov - Avropa Oyunları 3-cü yer (16)

 

86 kq 
5. Məhəmmədhacı Xatiyev - Dünya çempionatı 5-ci yer (nr)

 

97 kq 
3. Xetaq Qazyumov - Dünya çempionatı 3-cü yer (1)
7. Şərif Şərifov - Dünya Kuboku 1-ci yer (3)


125 kq 
2. Cəmaləddin Məhəmmədov - Dünya çempionatı 2-ci yer (4)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail