Platininin Bakıya səfərinə rəsmən qadağa qoyuldu

08.10.2015 | 3964 dəfə oxunub

UEFA prezidenti Mişel Platininin Bakıya səfəri təxirə salınıb. Bu haqda AFFA-nın rəsmi saytı açıqlama yayıb.

Açıqlamada deyilir: "Bir müddət əvvəl UEFA-nın prezidenti, FİFA prezidenti vəzifəsinə namizəd Mişel Platinin AFFA-nın dəvəti ilə bu ilin oktyabr ayında ölkəmizə səfər edəcəyi, səfər çərçivəsində Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunmuş Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak edəcəyi və Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyununu izləyəcəyi barədə xəbər vermişdik. 

Lakin FİFA-nın Etika Komitəsinin istintaq palatasının oktyabrın 7-də çıxardığı qərara əsasən, Mişel Platininin futbol təsərrüfatında fəaliyyətinə 90 günlük qadağa qoyulub və bu səbəbdən UEFA prezidentinin Bakıya nəzərdə tutulan səfəri təxirə salınıb.

Yuxarıda qeyd olunmuş tədbirlərdə iştirak etmək üçün UEFA-nın baş katibinin müavini Teodor Teodoridis ölkəmizə səfər edəcək. qol.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail