"Ruslan Abışov Bolqarıstanla oyunda meydanda olacaq"-Robert Prosineçki

10.10.2015 | 2735 dəfə oxunub

"Komandamı yaxşı oyuna görə, İtaliya millisini isə qələbə münasibəti ilə təbrik edirəm. Məncə, komandam bu gün çox yaxşı oyun göstərdi".

Stadium.az xəbər verir ki, bu sözləri az öncə başa çatan Azərbaycan - İtaliya (1:3) oyunundan sonra yıığmamızın çalışdırıcısı Robert Prosinecki deyib. Təcrübəli çalışdırıcı daha sonra jurnalistlərin suallarını cavablandırıb.


-İlk hissədə komandanız yaxşı oynadı. Siz onlara hansı tapşırığı verdiz və nə alınmadı?

-İtalyanlara qarşı oynama çox çətindi. Onlarla oyunda sona qədər vuruşmaq lazımdır. Mənim komandam 90 dəqiqə bu mübarizəni bacardı və yaxşı çıxış etdi.


-Ruslan Qurbanovu bir qədər tez əvəzləmək daha doğru olmazdı?

-Ruslan bu gün dişsiz deyildi. Heç də pis oynamadı. Eyni zamanda mənim başqa hücumçum yoxdur oynatmağa. Toğrul Erat da "Fortuna"da ikinci komandada çıxış edir. Gənc olduğu üçün, ona da şans vermək istədim. Nəyə qadir olduğu görmək istədim. Amma nəzərə alın ki, mənim başqa hücumçum yoxdur.


-Rəşad Sadıqov bildirib ki, koryerasını bitirmək istəyir, amma siz Bolqarıstanla oyunu gözləməsini demisiziniz. Bu barədə nə deyə bilərsiz?

-Bəli, mən ona  belə bir söz demişəm. İstəyirəm ki, Bolqarıstanla oyunda da Rəşad bizimlə olsun. Bundan sonra biz onunla danışarıq. Bu tempdə oynaya biləcək, ya yox.


-Rəşad oynamasa, onun yerinə kimi düşünmüsüz?

Rəşad olmasa, Ruslan Abışov var. Ruslan artıq oynayır. Və meydana niyə çıxmadığı da bəllidir. Belə rəqiblərə qarşı oynayacaq 3 müdafiəçi var ki, bunları da siz bilirsiz. Ruslan artıq "Qəbələ"də oynayır və bundan sonra millidə də çıxış edəcək. Bolqarlarıa oyunda Ruslanı meydanda görərik. Ruslan meydanda olacaq.


-Bolqarıstan millisinin çalışdırıcı sizinlə oyunda gənclərə şans verəcəyini bildirib. Siz də bu addımı atacaqsız?

-Gənc futbolçular Avstryaya gediblər. Amma mənim də fikrim var ki, bir neçə gənc oyunçunu meydana buraxım. Biz ora yaxşı futbol oynamağa gedirik. Avstraya olanlardan da xəbərim var. Mən düşünürəm ki, 7:0-dan sonra Yaşar müəllimin vəziyyəti necə olub. 

Cavid ƏHMƏDOĞLU



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail