Kim necə oynadı? - Dəyərləndirmə

11.10.2015 | 2735 dəfə oxunub

Azərbaycan yığması Avro-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya önündə o qədər də xoş təsir bağışlamadı. Stadium.az xəbər verir ki, baş məşqçi Robert Prosineçki heyətdə müəyyən məcburi dəyişikliklər etmişdi. Sol cinahda oynadacaq futbolçu olmadığıdan, Dmitri Nazarovu ora çəkən xorvatiyalı mütəxəssis orta sahədə Eddi İsrafilova güvənmişdi.


Ümumilikdə yığmamız Prosineçkinin rəhbərliyi altında bu dəfə sürətli futbol sərgiləyə bilmədi. Yağışın yağması və rəqibin güclü İtaliya olması bunda az rol oynamadı. Düzdü, millimiz oyun ərzində topa daha çox sahib olması ilə diqqət çəkirdi. Lakin bu da rəqib imkan verdiyi üçün yalnız meydançanın özümüzə aid hissəsində mümkün olurdu.


Tək-tək dəyərləndirdiyimiz zaman hansısa futbolçumuzu fərqləndirməyin mümkün olmadığını görürük. Doğrudu, Arif Daşdəmirov və Dmitri Nazarov müəyyən dəqiqələrdə fəallıq nümayiş etdirirdilər. Amma ümumilikdə heç kim ön plana keçə bilmədi. Xüsusən də, ön xətdəki futbolçular rəqibin müdafiə xətti tərəfindən asanlıqla zərərsizləşdirilmişdi.


Kamran Ağayev - "Karşıyaka"dakı zəif çıxışı milliyə də sirayət edir. Düzdü, buraxılan ilk iki qolda qapıçının səhvi yox idi. Amma ümumilikdə çərçivədə güvən vermədi. Bir neçə dəfə topu oyuna qoşarkən səhv etdi ki, bu da rəqibin sürətli hücumuna şərait yaratdı. 3-cü qolda isə uzaq məsafədən gələn və elə də qüvvətli vurulmayan topa reaksiya göstərməyə borclu idi. Bu qolu onun passivinə yazmaq olar. Tezliklə milli səviyyəsində yeni qapıçı üzə çıxarmaq lazımdı.


Rəşad Sadıqov - Yığmada 100-cü matçına çıxan kapitanın yaxşı çıxış etdiyini demək doğru olmaz. Düzdü, fərdi şəkildə elə kobud səhvə yol vermədi, hətta bir neçə dəfə rəqib hücumunun qarşısını kəsdi. Lakin yığmamız komanda şəklində müdafiə olunmağı bacarmadığından, rəqibin hücumçuları rahatlıqla cərimə meydançamıza daxil olurdular.


Bədavi Hüseynov - Bədavi də Rəşaddan nə zəif, nə də güclü idi. Buraxılan ilk qoda hər iki müdafiəçi eyni dərəcədə günahkar idi. Son dəqiqələrdə qırmızı vərəqə alması isə rəqib hücumçu Sebastian Covinkonun ustalığından xəbər verirdi.


Maksim Medvedev - "Qarabağ"ın daha bir üzvü o qədər də fəal nəzərə çarpmadı. Maksim sağ cinahda daha çox müdafiə olunmaqla və mərkəzə kömək etməklə məşğul idi. Müdafiə olunmaq baxımından ciddi nöqsana yol vermədi. Ancaq hücumlar zamanı öndəki oyunçulara lazımi dəstəyi vermirdi.


Arif Daşdəmirov - Müdafiənin sol cinahında yer alan "Qəbələ"nin oyunçusu nisbətən fəal idi. Rəqib onun yer aldığı cinahdan daha çox hücumlar qurmağa çalışırdı. Lakin Arif bir neçə dəfə onlara mane oldu. Komandamızın hücumları zamanı da irəli çıxması diqqətdən yayınmadı.


Qara Qarayev - Dayaq yarımmüdafiəçisinə o qədər də çox iş düşmədi. Komanda geridə paslaşanda Qara da fəal iştirak edirdi. Amma rəqibin hücumlarının qarşısını almaqda o da aciz idi. Əksər vaxtlarda italyanlar uzun topla hücumçuları topla təmin etdiklərindən, Qarayev müdafiəyə lazımi dəstəyi verə bilmirdi.


Rahid Əmirquliyev - Bu il yığmanın ən yaxşı oyunçusu olan Əmirquliyev İtaliya millisinə qarşı varlığını çox göstərə bilmədi. Düzdü, birinci hissədə bir neçə dəfə irəli şığımaqla diqqət çəkdi. Lakin ümumilikdə "Skuadra Adzurra" yığmamıza hücum qurmaq imkanı vermədiyindən, Rahid də "ofsayda düşürdü".


Eddi İsrafilov - İlk dəfə millimizin start heyətində meydançaya çıxan Eddi də komanda yoldaşları kimi, irəlidə gözə dəymirdi. Hiss olunur ki, hələ də yığmamıza uyğunlaşmaqda problem yaşayır.


Dmitri Nazarov - Bu dəfə yarımmüdafiənin sol cinahında yer alan Nazarov daha çox mərkəzdə görünürdü. Doğrudu, top ayağına düşdüyü zaman orta sahədə reydləri ilə seçilirdi. Lakin rəqib müdafiədə etibarlı oynadığından, o da hücuma lazımi dəstəyi verə bilmirdi. Qonaq komanda oyun ərzində bir dəfə boşluq buraxdı, onda da məhz Dmitri önünə düşən topu ustalıqla qapıdan keçirtdi.


Əfran İsmayılov - Son vaxtlar yığmada parlaq çıxışı ilə diqqət çəkən Əfran bu dəfə sağ cinahda görünmürdü. O da ara-sıra geri çəkilərək paslaşmalarda iştirak edirdi. Ancaq hücum mənasında heç bir varlıq göstərə bilmədi.


Ruslan Qurbanov - Hücumun sivri ucunda çıxış edən Qurbanov hərəkətli idi. Nəsə etməyə çalışır, topu uğrunda mübarizə aparır, müdafiəçiləri daim gərginlikdə saxlayırdı. Vurduğumuz yeganə qolda onun da əməyi oldu. Ancaq istədiyi topları ala bilməməsi onun da təhlükəli olmasına imkan vermirdi.


Rəşad Sadiqov - Son 25 dəqiqədə meydançada olan "Qəbələ"nin yarımmüdafiəçisi komandamızın orta sahədə toparlanmasına kömək etdi. O da komanda yoldaşları kimi, rəqibin imkan verdiyi qədər oynaya bildi.


Tuğrul Erat - Axıra 15 dəqiqə qalmış meydançaya daxil olan və hücumda yer alan gənc futbolçu heç nə ilə yadda qalmadı. Onun millimizə xeyir verəcək gücdə olduğunu söyləmək çətindi.


Məhəmməd Mirzəbəyov - Bədavi qırmızı vərəqə aldıqdan sonra Robert Prosineçki müdafiədəki "4-lüy"ü bərpa etmək üçün son dəqiqələrdə Mirzəbəyova ehtiyac duydu. Ancaq ona da çox iş düşmədi. apasport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail