"Qarabağ"ın futbolçusu: "Ermənistanda qələbə xüsusi hiss idi"

12.10.2015 | 2712 dəfə oxunub

AVRO-2016-nın seçmə mərhələsinin son oyununda Ermənistanı 3:0 hesabı ilə məğlub edən Albaniya millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

 

Stadium.az xəbər verir ki, albanların heyətində “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli də var. Cəza səbəbindən meydana çıxa bilməyən futbolçu komandasının Fransada keçiriləcək final mərhələsinə getməsinə sevinib. Həmçinin Aqolli Azərbaycan futbol tarixinə düşüb. Belə ki, o ilk futbolçudur ki, ölkəmizdə bir klubda çıxış ed-edə qitə birinciliyinin final mərəhələsinə oynayacaq. "Qafqazinfo"ya müsahibə verən Ansi sevincini dilə gətirib.

 

- Bu möhtəşəm qələbə idi. Həqiqətən ilk dəfə biz Avropa çempionatının final mərhələsində çıxış edəcəyik. Böyük komandaların qatıldığı belə bir turnirdə oynamaq əla hissdir. Hər bir futbolçu karyerasında belə anların olmasını istəyər. Sevincimin həddi-hüdudu yoxdur. Həqiqətən möhtəşəm oldu.

 

- Ermənistan üzərindəki 3:0-lıq qələbədən sonra vəsiqəni təmin etdiniz...

- Əvvəlcə həm alban, həm də azərbaycanlı azarkeşlərdən üzr istəyirəm ki, meydana çıxa bilmədim. Amma komanda yoldaşlarım mənim yoxluğumu unutdurdular. Möhtəşəm oyunla böyükhesablı qələbə qazanıb vəsiqəni təmin etdik. İndi yenidən “Qarabağ”a qayıdıb UEFA-nın qrupundan çıxmaq üçün oynayacağıq.

 

- Ümumiyyətlə İrəvanda qələbə qazanmaq sənin üçün hər hansı xüsusi önəm daşıyırdı?

- Əlbəttə. Mən “Qarabağ”ın futbolçusuyam və bu klub həyatımın vacib hissələrindən biridir. Mən həmişə demişəm ki, Qarabağ Azərbaycan torpağıdır. İrəvanda qələbə qazanmaq xüsusi idi.

 

- Səni bu qələbə münasibətilə kimlər təbrik etdi?

- Çox adam təbrik etdi. Komandadan və digər tanıdıqlarım, dostlarım təbrik etdilər. “Qarabağ”dan da təbrik edənlər çox oldu.


- Həm də dünən ad günün idi...

- Bu qələbə ən böyük ad günü təbriki idi. Ad günümdə Ermənistanda qələbə qazanaraq AÇ-nin final mərhələsinə çıxmaq mükəmməl oldu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail