Qurbanov: "Mövsümün sonuna qədər vaxt var və yeni anlaşma üzərində fikirləşəcəyik"

12.10.2015 | 3786 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun futbolçusu Ansi Aqollinin Albaniya milli komandasının heyətində "Avro-2016"nın final mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib. 

Stadium.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasında çıxış edən legionerin ilk dəfə qitə çempionatında iştirak hüququna yiyələnməsini sevindirici hal kimi dəyərləndirib.

O, 33 yaşlı müdafiəçinin buna layiq olduğunu söyləyib: "Çünki çox peşəkar və öz üzərində çalışan biridir. Həmişə intizamı qoruyub saxlayır. Xüsusilə Albaniya millisinin Ermənistandakı böyük hesablı qələbəsindən sonra bu bizim üçün daha maraqlı oldu. Ona görə də Aqollini təbrik edirəm. Şadam ki, o, belə bir turnirdə iştirak edəcək".

A.Aqolli ilə "Qarabağ" arasındakı müqavilə cari mövsümün sonunda başa çatacaq. Daha sonra "Avro-2016"ya start veriləcək. Bu baxımdan təcrübəli müdafiəçi ilə anlaşmanın uzadılması və futbolçunun final mərhələsində məhz "Qarabağ"ın üzvü kimi iştirakı böyük önəm kəsb edir. Q.Qurbanov isə yeni müqaviləni imzalamağa hələ vaxtlarının olduğunu, bu barədə düşünəcəklərini söyləyib: "Biz futbolçu ilə hər hansı turnirdə iştirakına görə müqavilə bağlamaq istəmirik. Aqolli ilə hazırkı anlaşmanın bitməyinə hələ çox var. Düşünürəm ki, o, bir neçə il də yaxşı futbol oynamaq iqtidarındadır. Buna xarakteri də çatır. Hələ mövsümün sonuna qədər vaxt var və yeni anlaşma üzərində fikirləşəcəyik".

A.Aqolli Albaniya millisinin heyətində Ermənistan yığması ilə martın 29-da keçirilmiş ilk seçmə matçdakı 2:1 hesablı qələbədən sonra "Qarabağ" rəhbərliyi tərəfindən mükafatlandırılıb. Ötən gün İrəvanda da 3:0 hesablı qələbə qeydə alınıb. Amma sol cinah müdafiəçisi cəzalı olduğu üçün oynamayıb. Digər tərəfdən, futbolçusu millinin heyətində final mərhələlərində çıxış edən kluba da UEFA və FİFA tərəfindən mükafat verilir. Bu məqamlarla bağlı suala Q.Qurbanov zarafatyana cavab verib: "Bir şey fikirləşərik. Deyirsiniz UEFA-nın ayıracağı mükafatdan da Aqolliyə ayıraq? O, son qarşılaşmada oynamayıb. Mükafatı yarıbayarı bölərik".

Qeyd edək ki, Albaniya millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib. Ansi Aqollinin komandası İ qrupunda 2-ci yerin sahibi kimi bu hüquqa yiyələnib. report.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail