Yan xətt hakimlərindən imtina kimin təfəkkürünün məhsuludur?

14.10.2015 | 2451 dəfə oxunub

Sentyabr ayının sonundan etibarən aşağı yaş qrupları arasında komandaların çempionatına start verildi. "Uşaq futbolu" adlandırılan bu birinciliklərdə hələ ötən mövsümdə xeyli çatışmazlıqların olması barədə dəfələrlə yazılar dərc etmiş, həlli yollarını göstərmişdik. Həmin çatışmazlıqlara paytaxt regionunda oyunların “Dalğa Arena"da keçirilməsi, orada soyunub-geyinmə otaqlarının bərbad vəziyyətdə olması, təqvimdəki anormallıqlar, uşaqların təhsilinin arxa plana keçməsi, sağlamlıqlarının nəzarətdə olmaması və s. daxil idi. Bu mövsüm həmin problemlərin bəzilərinin aradan qaldırılacağını gözləmək olardı. Təəssüf ki...
 
Əvvəlcə onu qeyd edək ki, U-10, U-11, U-12 liqalarının (Bakı zonası) oyunlarının keçirildiyi “Dalğa Arena"nın yardımçı meydanının soyunub-geyinmə otaqları yenə də istifadəyə yararsız vəziyyətdədir. Su, istilik sistemi yoxdur. Otaqlar toz-torpağın içində itib-batır. Oyuna çıxan komandaların futbolçuları əyinlərini ya avtobuslarda, ya da meydanın kənarında dəyişirlər. Bundan başqa futbolçuların qeydiyyatdan keçməsində də ciddi qanun pozuntuları var. Gənc futbolçunu qeydiyyatdan keçirmək üçün klubla müqavilə və məktəbdən arayış (TİMS kodun olması vacibdir) əsas sənədlərdən hesab olunur. Lakin bəzi AFFA-ya yaxın klubların uşaq komandalarının futbolçuları adıçəkilən sənədlərsiz qeydiyyata alınırlar. Bu haqda növbəti saylarımızda daha geniş məlumat verməyə çalışacağıq.
 
Futbolçuların sağlamlıq arayışları ilə bağlı da problemlər mövcüddür. Doğrudur, burada çempionatları keçirən Uşaq və Gənclər üzrə Yarışların Keçirilməsi Şöbəsini (UGYTŞ) günahlandırmaq olmaz. Çünki futbolçuların sağlamlıqlarının qeydinə klublar qalmalıdılar. Onlar uşaqların həkim yoxlanışından keçməsinə birbaşa cavabdehdilər. Lakin bəzi klubları çıxmaq şərtilə digərləri poliklinikadan pulla alınan arayışları qanuni sənəd kimi UGYTŞ-ə təqdim edirlər.
 
Başqa bir çatışmazlıq təqvimlə bağlıdır ki, burada səhv birbaşa UGYTŞ-nin üzərinə düşür. Məsələ burasındadır ki, bəzi liqaların təqvimi tərtib olunarkən uşaqların təhsili nəzərə alınmayıb. Məsələn, U-15 liqasının təqviminə nəzər salsaq oyunların 22, 27, 30 sentyabr, 06, 13, 16, 20, 27 oktyabr, 03, 06, 10, 17, 24 noyabr, 01, 08, 11 və 15 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulub (4 tur artıq başa çatıb - red.). Sentyabın 27-də keçirilmiş 2-ci turu çıxmaq şərtilə qalan bütün turların oyunları çərşənbə axşamı və cümə günlərinə təsadüf edir. Başqa sözlə, dərs günlərinə. Üstəlik, ehtiyat gün kimi nəzərdə tutulan 09 oktyabr və 20 noyabr da cümə günüdür. Bir komandanın həftə ərzində 2 dəfə səfərə çıxma ehtimalını nəzərə alsaq, həmin komandanın futbolçularının 4 gün (oyun günü və ertəsi gün) dərslərdən yayındığının şahidi olarıq. Məgər anormallıq deyil?
 
Başqa bir anormallıq U-12 və U-13 liqaları ilə bağlıdır. Belə ki, bu liqaların əsasnamələrinin 14-cü maddəsinin (Hakimlik və İnspeksiya) 14.1 bəndində göstərilib: “Coca - Cola U-13 Liqanın oyunlarını AFFA-nın Hakimlər Komitəsi tərəfindən təyin edilmiş hakimlər idarə edir və hakimlik FİFA qaydaları əsasında həyata keçirilir. Hakimlər Komitəsi Coca - Cola U-13 Liqanın oyunlarına 3 nəfərdən ibarət hakimlər briqadası təyin edir (1 baş hakim, 2 yan xətt hakimi)”. Həmin liqaların oyunlarında oyundankənar vəziyyət qeydə alındığından 2 yan xətt hakiminin iştirakı mütləqdir. Lakin AFFA özünəməxsus qərar qəbul edərək oyunları 1 hakimlə keçirir. Yəni, ofsayd qeydə alanların özləri “ofsayd"a salınıblar. Oyundankənar vəziyyət qərarını isə mərkəz hakimi verir. Yan xətt hakimlərinin “ofsayd" zamanı tez-tez səhv etdiklərini nəzərə alsaq, baş hakimlərin hansı zülmü çəkəcəklərini və qəbul etdikləri hər səhv ofsayd qərarından sonra nələrin yaşanacağını göz önünə gətirəndə adamı gülmək tutur. AFFA-nın yan xətt hakimlərindən imtina etməsinə səbəb kimi maliyyə problemləri göstərilir.
 
Aşağı liqaların oyunlarında baş hakim idarə etdiyi hər oyuna 30-40, laysmanlar isə 2 dəfə az qonorar alırdılar. Görünür, AFFA gözlərini bu qonorara dikmiş hakimlər üçün 30-40 manatı çox görür. Məgər həmin liqaların oyunlarını 2 laysmanla, mərkəz hakimsiz keçirmək olmazdı? Eynən futzalda olduğu kimi. Meydanın ölçülərinin kiçik olması buna imkan da verir. Mərkəz hakimdən imtina etməklə yenə də 30-40 manata qənaət edilərdi, üstəlik, ofsayd qərarı vermək də asanlaşardı.  Sadəcə, bunu fikirləşmək üçün futbol adamı olmaq lazımdır. Yaxın gələcəkdə oyunların hakimsiz keçirildiyini eşitsəniz, təəccüblənməyin. Məhəllə futbolunda olduğu kimi. AFFA-dan nə desən, gözləmək mümkündür.
Maliyyə problemləri U-15 liqasına da təsirsiz ötüşməyib. Bu liqada həm də AFFA nümayəndəsi vəzifəsini yerinə yetirən hakim-inspektordan imtina olunub. Bu isə U-15 liqasının əsasnaməsinin 15-ci maddəsinin (Hakim və İnspeksiya) 2-ci bəndinin pozulması deməkdir.
 
Uşaq futbolunda problemləri saymaqla qurtarmır. Diqqətinizə çatdırdıqlarımız aysberqin yalnız görünən tərəfidir. Görünməyən tərəfini də vaxtaşırı göstərməyə çalışacağıq.
“Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail