Boksçularımız final döyüşünə çıxır

15.10.2015 | 2571 dəfə oxunub

Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bu gün Azərbaycanın 2 boksçusu final görüşə çıxacaq.

Stadium.az xəbər verir ki, Elvin Məmişzadə (52 kq) və Albert Səlimov (60 kq) qızıl medal uğrunda döyüşəcək. Hər iki boksçunun rəqibi kubalılar olacaq. E.Məmişzadə Yosbani Veytia ilə, A.Səlimov isə  Lazaro Alvareslə qarşılaşacaq.

Son yarış günündə Azərbaycanın daha bir boksçusu rinqə çıxacaq. Pərviz Bağırov (69 kq) çinli Liu Ve ilə 3-cü yer uğrunda mübarizə aparacaq. Bağırovla Ve bürünc medalı və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyanı  təmin edib. Amma reqlament 3-cü yer uğrunda da görüşün keçirilməsini tələb edir. Bağırovdan əlavə, Məmişzadə ilə Səlimov da Rio-2016-ya lisenziya qazanıb.

Qeyd edək ki, Abdulqadir Abdullayev (91 kq) də dünya çempionatında bürünc medala yiyələnib. Bununla da Azərbaycanın boks üzrə milli komandası tarixdə ilk dəfə mundialda 4 medalı təmin edib. 3-cü yer uğrunda və final görüşləri Bakı vaxtı ilə saat 21:00-dan etibarən start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail