UEFA -dan "Bakcell Arena" qadağası

15.10.2015 | 2851 dəfə oxunub

UEFA "Qəbələ" klubunun Avropa Liqasındakı oyunlarından öncə "Bakcell Arena"dan istifadəyə qadağa qoyub. Stadium.az "Report"a istinadən xəbər verir ki, qadağa meydanın ot örtüyünün vəziyyəti ilə bağlı olub.

Örtüyün yüklənmə nəticəsində ağır duruma düşəcəyi qənaətinə gələn qurum nümayəndələri arenada Avroliqa ərəfəsində Azərbaycan Premyer Liqası matçlarının keçirilməsinə icazə verməyib. Bu səbəbdən, VIII turun "Neftçi" - "Qəbələ" matçı "Bakcell Arena"da deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.

UEFA hələ "Qəbələ"nin sentyabrın 17-də Yunanıstan PAOK-u ilə keçirdiyi ilk tur matçından öncə bu stadiondan istifadə edilməsini məqsədəuyğun saymayıb. Amma qitə futbol qurumu həmin ərəfədə - sentyabrın 3-də heç də az əhəmiyyət kəsb etməyən AVRO-2016-nın seçmə qrup mərhələsinin Azərbaycan - Xorvatiya oyununun "Bakcell Arena"da keçirilməsinə mane olmaq istəməyib.

Qeyd edək ki, "Qəbələ" Avroliqada növbəti ev oyununu oktyabrın 22-də Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə keçirəcək. Bu görüşdən 5 gün öncə isə "qırmızı-qaralar" İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda "Neftçi"nin qonağı olacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail