Monopoliya- YAZI

15.10.2015 | 2623 dəfə oxunub

AFFA-nın baş katibi Elxan Məmmədovun CBC Sportu yaratmaqla Azərbaycan futboluna nəzarəti tam ələ keçirdiyini demək olar. Buna qədər isə baş katib hər şeyi tədricən, aramla, səbrlə həyata keçirdi. O, əvvəlcə yığma komandanı tam olaraq öz nəzarətinə aldı. Hazırda ölkənin əsas, U-21 və digər yığma komandaları tam olaraq Məmmədovun istəyi, onun strategiyası ilə fəaliyyət göstərir. Yalnız əsas yığma komandaya baş məşqçi təyin olunanda AFFA prezidenti Rövnəq Abdullayev və vitse-prezident Elşad Nəsirovla məsləhətləşib. Başqa bütün qərarları özü qəbul edir. U-15-dən tutmuş, U-21 yığmasına kimi bütün komandaların baş məşqçilərini məhz baş katib təyin edir. Köməkçi məşqlərdən tutmuş, adi inziatçıya kimi, ütün işçilərin təyinatı şəxsən Məmmədovun razılığı ilə olmalıdır. Əgər baş məşqçinin özünə köməkçi götürmək istədiyi məşqçi Məmmədovun xoşuna gəlmirsə, onun qarşısında "qırmızı işıq" yanır. 
Azərbaycan futolundakı monopolya siyasətini davam etdirən baş katib daha sonra ölkənin sayılıb-seçilən mütəxəssislərinin tənqid kanalını da bağladı. AFFA onları işə götürməklə, ayda 1500-2000 manatından keçməklə mətuatda federasiya və yığma komandanın ünvanına tənqidi fikir səsləndirilməsinin də qarşısı alıb. Əvəzində təriflərin sayı artıb. 
Baş katib daha sonra klublara nəzarəti ələ keçirməyə başladı. Hazırda ölkənin əsas futbol şəhərləri hesab olunan Sumqayıt, Gəncə və Tovuz biraşa Elxan Məmmədovun nəzarətindıir. Ölkənin ən köklü klubu sayılan "Neftçi" də artıq baş katibin müəyyənləşdirdiyi siyasətlə gedir. İddialı klulardan "Bakı" sıradan çıxarıldı, "Xəzər Lənkəran"da xeyli zəiflədilib. Yerdə qalan klublar da tam zərərsizləşdirilib və demək olar hər addımda AFFA ilə məsləhətləşirlər. Bilirlər ki, əks halda onları "Simurq" kimi xoş sonluq gözləmir. Məsələn, hamıya məlumdur ki, ölkədə süni meydanlar biraşa baş katibin monopoliyasındadır. Onun icazəsi olmadan heç kim Azərbaycana bu tip örtük gətirə bilməz. Anar Bəkirov axına qarşı gedib buna cəhd etdi və "Simurq"un hazırda harada olduğunu hamıya məlumdur. Hazırda Məmmədov hələ ki, yalnız "Qarabağ" və "Qəbələ"yə nəzarət edə bilmir ki, buna nail olmaq üçün də dayanmadan səylə çalışır. Məsələn, son müsahibəsində bu klularda Müşahidə Şurasının yaradılmasını qəti şərt kimi qoyması da çox şeydən xəbər verir. Güman ki, bundan sonra sözügedən klulara qarşı müxtəlif təzyiqlər başlayacaq. Halbuki dünyanın heç bir ölkəsində görünməyib ki, federasiya Müşahidə Şurası yaratması üçün klublar qarşısında şərt qoya. Bu, biraşa klubların işinə müdaxilədir.
Klublardan söz düşmüşkən, hazırda I Divizionda çıxış edən klubların 90 faizi də AFFA-dan, baş katibdən aslıdır. Artıq monopolya o həddə çatıb ki, federasiya hansısa klubun təsisçisi rolunda çıxış edir. Müstəqil şəxs və ya AFFA-ya, SOCAR-a bağlılığı olmayan heç bir iş adamı futbola buraxılmır.
Təsisçilikdən söz düşmüşkən, yeni yaranan və Premyer Liqanın yayım hüququna sahib olan CBC Sport telekanalının da təsisçilərindən biri də AFFA-dır. Daha da açıq yazsaq, bu telekanal da birbaşa Elxan Məmmədovun nəzarətindədir. Məsələn, telekanala rəhbəri şəxsən özü Moskvadan Bakıya dəvət edib. Telekanalın strategiyası baş katiblə məsləhətləşdirilir. Hətta deyilənə görə, CBC Sport dəvət olunan jurnalistlərin də "dabro"sunu şəxsən Məmmədov verməlidir. AFFA-ya, Məmmədova tənqidi münasiətdə olan jurnalist nə qədər istedadlı olsa da, bu telekanalda işləyə bilməz. Əmin ola bilərsiniz ki, CBC Sport-da yayımlanacaq futbol verilişlərində də siz heç vaxt AFFA-nın, hakimlərin tənqid olunmasını görməyəcəksiniz. Premyer Liqa oyunlarının görüntüləri ilə bağlı ortaya çıxan son söhətlər də havadan yaranmayıb. Bir sözlə, milliyə, çempionata, klublara nəzarəti ələ alan baş katib mediada da öz monopolyasını yaratmaqdadır.

“Het-trik news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail