"Qəbələ"dən Qriqorçukun Ukrayna yığmasına rəhbərlik edəcəyinə dair xəbərlərə münasibət

16.10.2015 | 2869 dəfə oxunub

"Qəbələ" klubu baş məşqçi Roman Qriqorçukun Ukrayna milli komandasına rəhbərlik edəcəyinə dair xəbərlərə münasibət bildirib.

 

Stadium.az xəbər verir ki, klubun baş meneceri Zaur Əzizov "Report"a açıqlamasında mətbuatın belə iddialar irəli sürməsini normal hal adlandırıb.

Onun fikrincə, Qriqorçuk istənilən iddialı komandanın baş məşqçi postuna namizəd göstərilə bilər. Amma Z.Əzizov 50 yaşlı mütəxəssisin hazırda "Qəbələ"dən ayrılmaq kimi bir istəyinin olmadığını bildirib.

Qriqorçukla 2014-cü ilin dekabrında 1,5 illik müqavilə bağlanılıb. Onunla hazırda qüvvədə olan anlaşma 2016-cı ilin yayında başa çatacaq. Klub rəsmisi hələlik baş məşqçi ilə müqavilənin uzadılması istiqamətində danışıqlara başlanılmadığını bildirib. Z.Əzizov komandanın hazırkı sıx oyun qrafikini səbəb göstərib. O, məsələyə mövsümün ilk yarısının sonlarına doğru qayıdacaqlarını bildirib.

Qriqorçukun özü isə xəbərə heç bir şərh verməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail