“Neftçi” yeni müqavilə imzaladı FOTO

17.10.2015 | 3273 dəfə oxunub

Dünən "Neftçi" və "ASAN Xidmət" arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.  "Ağ-qaralar" tərəfdən müqaviləni icraçı direktor Elnur Məmmədov, "ASAN Xidmət" tərəfindən isə qurumun sədr müavini Ülvi Mehdiyev imzalayıb.

 

Stadium.az xəbər verir ki, “Neftçi”nin yeni titul sponsoru olacaq “Asan xidmət” klubun bir çox layihələrinə, eləcə də üzvlük kartı layihəsinə böyük dəstək vermiş olacaq.

“Neftçi” isə öz növbəsində yeni titul sponsorunun adını təbliğ edəcək.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov təmsil etdiyi qurumun artıq bir brend kimi özünü tanıtdığını bildirib:

“Əsas məqsəd vətəndaşlara yüksək səviyyədə xidmət göstərməkdir. Burada 10 dövlət orqanı tərəfindən 280-dən çox xidmət göstərilir. Təsadüfi deyil ki, bu il BMT tərəfindən xüsusi mükafata layiq görülüb. Ölkəmizdə idmanın inkişafına da öz dəstəyimizi vermək istəyirik. Ümid edirik ki, Neftçi ilə əməkdaşlığımız buna öz töhfəsini verəcək və Neftçi Asan xidmətin loqosu ilə böyük uğurlar qazanacaq”.

 “Neftçi” klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev isə Azərbaycanda ən uğurla fəaliyyət göstərən qurumlardan birinin “Asan xidmət” olduğunu qeyd edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail