UEFA "Dinamo"ya ağır cəza verə bilər

23.10.2015 | 2583 dəfə oxunub

UEFA Ukraynanın "Dinamo" (Kiyev) klubuna sərt cəza tədbiq edə bilər.

Stadium.az xəbər verir ki, buna Çempionlar Liqasında "Çelsi" ilə qrup matçında (0:0) ukraynalı azarkeşlərin irqçi davranışları səbəb olub.

İngiltərə mətbuatında bir qrup tərəfdarın stadionda olan "Çelsi"nin qaradərili azarkeşlərinə hücum çəkməsi ilə bağlı videogörüntü yayımlanıb.

Artıq UEFA məsələ ilə bağlı araşdırmaya başlayıb. "Dinamo"nun daha öncə "Bordo" və "Everton"la görüşlərdə yerli azarkeşlərin neo-nasizm davranışları səbəbindən cəzalanması da nəzərə alınsa, Kiyev klubunun bu dəfə daha böyük cəzaya məruz qalacağı - Çempionlar Liqasından kənarlaşdırılacağı istisna olunmur. 

Lakin Ukrayna mətbuatı yazır ki, belə hallarda, əsasən klublar aktivindəki müəyyən xalların silinməsi ilə cəzalandırılır. "Çelsi" ilə oyunda ukraynalı azarkeşlərin irqçi davranışları təsdiqini taparsa, "Dinamo"ya növbəti bir və ya bir neçə oyunu boş tribunalar önündə keçirmək cəzası kəsilə bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail