Bakı Olimpiya Stadionunun direktoru: "Hər gün burada 18-20 km gəzirəm"

27.10.2015 | 2394 dəfə oxunub

Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayevin  müsahibəsi

- Noyabrın 17-də Azərbaycan yığmasının Moldova ilə yoldaşlıq görüşü Bakı Olimpiya Stadionunda keçiriləcək. Hər halda Moldova ilə İtaliya millisi eyni səviyyədə deyil. Üstəlik, bu, yoldaşlıq görüşüdür. Qeyd olunanları nəzərə alaraq, görüşə girişi sərbəst etməyiniz mümkündürmü?

- Bu, yoldaşlıq görüşü olsa da, FİFA təqviminə düşən beynəlxalq oyun sayılır. Ona görə də giriş pulsuz ola bilməz. Qiymətləri isə AFFA təyin edəcək. Artıq oyunun hazırlıqlarına başlamışıq. İşimiz, məqsədimiz odur ki, oyunu daha çox azarkeşin izləməsini təmin edək. Təbii ki, Moldova İtaliya deyil. Lakin ümid edirik ki, oyunumuza daha çox azarkeş gələcək.

- İtaliya ilə qarşılaşmanı Azərbaycanda keçirilmiş futbol matçları tarixində ilk dəfə 48 min tamaşaçı izlədi. Əcnəbi qonaqlarda stadion necə təsir bağışladı?

- Hamı çox razı qaldı. Hava şəraiti əlverişli olmasa da, qonaqlar ot örtüyünün keyfiyyətindən və stadionun görkəmi barədə müsbət fikirlər səsləndirdilər.

- Amma insanların stadiona axını və arenanı tərk etmələri heç də az vaxt aparmır...

- Bunun üzərində də işləyirik. Çalışırıq ki, insanların stadiona giriş-çıxışlarında problemlər olmasın. Stadionumuzda 26 lift, 16 eskalator var. Məncə, bunların sayı insanlara tribunalara tez qalxmaları və oradan ayrılmaları üçün kifayət qədərdir. Sadəcə, müəyyən tənzimləmə aparılmalıdır. Güman edirəm ki, zamanla bu problem də yoluna qoyulacaq.

- Stadion daxilində ofislər və xidmət sahələri üçün ayrılan otaqlara maraq hansı səviyyədədir?

- Hələlik arenamızda ən geniş sahədə "CBC Sport" telekanalının ofisi yerləşir. Digər ofis sahələri üçün isə icarə qiymətləri hesablanır. Özümüzün də layihələrimiz var. Şəxsi təşəbbüsümüzlə investorlar cəlb etmək istəyirik. Arena daxilində trenajor, fitnes zalları da olacaq. Stadionumuzun yerləşdiyi məkan və imkanları hamıya məlumdur. Kimin niyyəti varsa, onunla əməkdaşlığa hazırıq.

- Bakı Olimpiya Stadionuna sponsorluq təklifləri almamısınız?

- Olimpiya stadionlarına hansısa şirkətin adı verilmir. Amma arena daxilində bir neçə yerdə reklam lövhələrinin vurulması nəzərdə tutulub. Təbii ki, bunun üçün ilk növbədə sponsorluq istəyində olanlar ortaya çıxmalıdır.

- Olimpiya növləri üzrə bütün federasiyaların stadionunuza köçürüləcəyinə dair xəbərlər nə dərəcədə həqiqətə uyğundur?

- Belə variant mövcuddur. Amma bu, məcburi olmayacaq. Federasiyalara təkliflər göndəriləcək. Şərtlər uyğun, qaneedici olsa, niyə də yox?

- Bəs stadion ərazisində - Böyükşor gölü ətrafındakı parkda hansı işləri görmək niyyətindəsiniz?

- Böyükşor gölü ətrafında da tədbirlər nəzərdə tutulub. Parkda velosiped turları təşkil edəcəyik. Müxtəlif idman qurğuları, voleybol və basketbol meydançaları və s. istifadəyə veriləcək. Bilirsiniz, stadionumuz çox böyük əraziyə malikdir. Şəxsən özüm hər gün 18-20 km gəzirəm. Arena bir neçə ay öncə istifadəyə verilsə də, böyük tədbirlər qəbul edib. Çalışırıq ki, Bakı Olimpiya Stadionu insanların ən çox üz tutduğu məkanlardan olsun.  report.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail