Frants Bekkenbauer səhvini etiraf etdi

28.10.2015 | 2449 dəfə oxunub

2006-cı ildə futbol üzrə dünya çempionatının təşkilat komitəsinin sədri Frants Bekkenbauer həmin vaxt fəaliyyətində səhvə yol verdiyini ilk dəfə etiraf edib.


Stadium.az xəbər verir ki, F.Bekkenbauer Alman Futbol İttifaqının (DFB) DÇ-2006 ətrafında korrupsiya qalmaqalının araşdırılması üzrə xüsusi komitəsinin suallarına cavab verəndən sonra deyib: “Beynəlxalq Futbol Federasiyasından (FIFA) maliyyə dəstəyi almaq üçün FIFA-nın maliyyə komitəsindən təklifi qəbul etmək, bugünkü nöqteyi-nəzərdən rədd etmək lazım idi”.

“Dpa” agentliyi xəbər verir ki, F. Bekkenbauer təşkilat komitəsinin sədri kimi bu səhvə görə məsuliyyət daşıdığını bildirib. O vurğulayıb ki, çempionatın keçiriləcəyi ölkənin seçilməsi zamanı səsvermədə rüşvət olmayıb.

Bundan əvvəl DFB prezidenti Volfqanq Nirsbax məlumat verib ki, 2002-ci ildə FIFA-nın hesabına 6,7 milyon avro köçürülüb, əvəzində Alman Futbol İttifaqı 170 milyon avro məbləğində yardım alıb. Lakin ayrılmış vəsaitin təyinatını izah edə bilməyib. FIFA isə öz növbəsində DFB-dan pul alması faktını təkzib edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail