Dünya şöhrətli idmançı vəfat etdi

30.10.2015 | 2727 dəfə oxunub

Boks üzrə türkiyəli dünya çempionu Sinan Şamil Sam vəfat edib.

Stadium.az xəbər verir ki, Tanınmış idmançı Mərmərə Universitetinin xəstəxanasında qaraciyər xərçəngi xəstəliyindən dünyasını dəyişib.

O, uzun müddətdir qaraciyər çatışmazlığından əziyyət çəkirdi. Sam ilk dəfə 2010-cu ildə müalicə olunub. Amma bu ayın əvvəllərində o, eyni diaqnozla xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Boksçunun səhhəti ilə Türkiyənin baş naziri Ahmet Davudoğlu da yaxından maraqlanıb. "Boğazın buğası" ləqəbli boksçu bu gecə vəfat edib. Mərhum Ankarada dəfn olunacaq.

Qeyd edək ki, Sinan 1974-cü ildə Almaniyada doğulub. Ağır çəkili peşəkar boksçu Almaniya azərbaycanlılarından olub. Əsli Türkiyənin Qars şəhərindəndir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail